Metroda YENİLİK! - Bu tarixdən təmassız ödəniş mümkün ola bilər
"Bakı Metropoliteni" QSC gələn il sərnişinlərə təmassız ödəniş etmək imkanı yaratmağı planlaşdırır.
Sonxeber.az xəbər verir ki, bunu report-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, artıq bunun üçün sınaq işləri aparılıb: "Hazırda texniki dizayn istiqamətində işlər sürətlə davam etdirilir. Sistem istifadəyə veriləndən sonra sərnişinlər "ağıllı" smart saatlardan, mobil cihazlardan, QR kodlardan, bank kartlarından istifadə etməklə ödəniş edə biləcəklər", - deyə o qeyd edib.
Metro sözçüsü sistemin tətbiqində hər hansı tələskənliyin yolverilməz olduğunu xüsusi vurğulayıb: "Nəzərə almaq lazımdır ki metropoliten kütləvi sərnişindaşıma vasitəsidir. Ondan gündəlik istifadə edən sərnişinlərin sayı 700 mindən çoxdur. Müəyyən stansiyaların sərnişin axını kifayət qədər çox olduğundan təmassız ödənişlər xüsusi detallı öyrənilməlidir ki, istifadə müddətində hər hansı texniki problem yaşanmasın. Çünki burada digər nəqliyyat vasitələrindən fərqli olaraq istənilən cüzi axsama sərnişindaşıma prosesinə əhəmiyyətli drəcədə mane ola bilər. Buna görə proseslər tam öyrənildikdən və onun tətbiqinə əminlik yarandıqdan sonra sistem istifadəyə veriləcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1913 Tarix: 20 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr