Ərdoğan: "Şuşada Baş konsulluq açırıq"
"Zəngilan və digər hava limanlarının açılması ilə Şuşanın turizmə yolu açılır".
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
"Hazırda burada yolların infrastrukturu tamamlanmaq üzrədir. İlham Əliyev dedi ki, gələn il bura çox ciddi vəsait ayıracaqlar. Türkiyəli podratçılarımız da deyirlər ki, planlar reallaşsa, 1-1,5 ilə burada işləri tamamlayacağıq", - deyə o qeyd edib.
Ərdoğan həmçinin bildirib ki, dəmir yolu ilə yanaşı, avtomobil yollarının da tikintisi bitən kimi artıq Şuşaya yol açılacaq.
"Bu yerlər həm yerli, həm də xarici turistlərlə canlanacaq. Təbii ki, Şuşa Azərbaycanın ən mühüm cazibə mərkəzidir. İnanıram ki, İlham Əliyev tikiləcək hotellərlə bu cazibə mərkəzini daha da cəlbedici edəcək. Çünki bununla bağlı atılacaq addımlar var. Amma, həqiqətən də, cənab Prezident dayanmır. Çox qısa müddətdə tikilən birmərtəbəli də olsa, binalarla bura bir hərəkət gətirdi. Şuşaya hotellər üçün qoyulacaq investisiyalar onu cazibə mərkəzinə çevirəcək. Şuşada Baş Konsulluq açırıq", - deyə o vurğulayıb./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb