"Növbəti müharibə Ermənistan üçün ölüm olacaq" - Deputat
"Ermənistan öhdəliklərinə əməl etmir və yenə mütəmadi təxribatlara əl atır. Müzəffər ordumuz isə ermənilərin hər bir təxribatının qarşısını qətiyyətlə alır və onlar cavab atəşi ilə susdurulur".
Bu sözləri Sonxeber.az-a deputat Azər Badamov deyib.
O, ordumuzun hələlik sadəcə erməni təxribatlarını susdurmaqla kifayəylənməsinin səbəbini belə izah edib:
"Biz hələ ki, sadəcə erməni erməni təxribatlarını susdurmaqla kifayəylənirik, çünki məqsədimiz sülh müqaviləsini imzalamaq və regionda uzunmüddətli sabitliyə nail olmaqdır. Bununla yanaşı, Azərbaycan öz ordusunun peşəkarlığını artırır və baş verə biləcək hər bir hala hazırdır. Əgər ermənilər genişmiqyaslı təxribata cəhd edərlərsə, təbii ki, yenidən geniş hərbi əməliyyatlara əl atmağa məcbur olacağıq. Əgər bu dəfə də bizi buna məcbur etsələr, növbəti müharibə Ermənistan üçün ölüm olacaq. Ona görə də erməni rəhbərləri düçar olduqları ağır məğlubiyyətlərdən nəticə çıxarmalı, təxribatlara əl atmaqdan çəkinməli və konstruktiv mövqe sərgiləməlidirlər".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1553 Tarix: 22 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək
Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı
12 iyunAzərbaycan nümayəndə heyəti İrandadır
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak üçün Tehrana gedib. xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın nümayəndə heyətini hava limanında parlament sədri Məhəmməd Baqir Qalibafın müavini qarşılayıb. Qeyd edək ki, İran
3 iyulİlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektləri
30 iyunƏli Əsədov Denis Afanasyevi qəbul edib
İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını
25 iyunBir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb
Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca
25 iyun