Abdullayeva mina qurbanlarının sayını açıqladı
Vətən Müharibəsindən sonra Azərbaycanda mina qurbanlarının sayı 261 nəfərə çatıb.
Bunu Azərbaycanın Fransaya yeni təyin olunmuş səfiri Leyla Abdullayeva Tvitterdə yazıb.
Xatırladaq ki, oktyabrın 21-də Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənov mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, lakin ağır xəsarət alan Elsevər Həmidov dünyasını dəyişib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumata görə, Səbuhi Həsənovun vəziyyəti qənaətbəxşdir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1245 Tarix: 22 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident sloveniyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan v
25 iyunPrezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam
25 iyun