Rusiya ELAN ETDİ: Təhlükə artır, Xersonda böyük toqquşma olacaq
Rusiyanın nəzarətində olan Xerson bölgəsində toqquşmalar şiddətlənib.
Kreml müdafiə xəttini gücləndirdiyini və Xersonu qalaya çevirdiyini iddia edir.
UKRAYNA ORDUSU SÜRƏTLƏ İRƏLİLƏYİR
Rusiyanın açıqlamasından qısa müddət sonra Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko Ukrayna ordusunun işğal etdiyi torpaqları geri almağa davam etdiyini bəyan edərək, Xersonda 88 yaşayış məntəqəsinin ruslardan geri alındığını bildirib.
Qeyd edək ki, Rusiyanın ələ keçirdiyi ilk böyük şəhər olan Xerson həm Ukrayna, həm də Rusiya üçün böyük əhəmiyyət kəsb edir.
Beynəlxalq agentliklərin verdiyi son məlumata görə, Ukrayna ordusu Dnepr çayını keçərək irəliləyişini sürətləndirib.
Ukrayna Silahlı Qüvvələrinin bəyanatına görə, Kreml cəbhə bölgəsindəki qoşunlarını gücləndirmək üçün ətraf ərazilərə 2000-ə qədər əsgər göndərib, lakin bu səylər Ukrayna ordusunun irəliləyişinin qarşısını ala bilməyib.
"TƏCİLİ TƏRK EDİN…"
Rusiyayönlü yerli hakimiyyət bu gün təcili çağırış edərək, şəhərdə gözlənilən böyük münaqişədən əvvəl mülki əhaliyə "şəhəri tərk etmələri" barədə xəbərdarlıq edib.
"Cəbhədəki gərgin vəziyyət və şəhərdə artmaqda olan bombardman təhlükəsi ilə əlaqədar bütün mülki şəxslər dərhal şəhəri tərk etməlidir", - xəbərdarlıqda deyilir.
Xatırladaq ki, Xerson işğalının ilk günlərindən Rusiyanın nəzarətindədir və Rusiya prezidenti Putinin keçən ay qanunsuz ilhaq etdiyi dörd bölgədən biridir.
Şəhərdəki Dnepr çayı təchizat, hərbi və mülki keçidlər kimi kritik funksiyaları yerinə yetirdiyi üçün bu bölgə müharibədə mühüm yer tutur./Musavat
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1080 Tarix: 23 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrana qarşı yeni sanksiyalar elan etdilər
ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 16 şəxs və 10 qurumu sanksiya siyahısına daxil edib. Məhdudiyyətlərin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa yönəldiyi bildirilib. Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasına görə, "İqtisadi Təcrid Əməliyyatı" çərçivəsind
16 oktyabrQırğızıstan COP17-də Ermənistanın təşəbbüsünü dəstəklədiyini bildirdi
COP17 konfransının şüarı olan "Təbiət naminə fəaliyyət göstərmək" iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və biomüxtəlifliyin itirilməsi proseslərinin gücləndiyi bu gün xüsusilə aktualdır. xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadir Japarov COP17 çərçivəsində keçiriləcək "Biomüxtəlifli
16 oktyabrDünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1
15 oktyabrBerlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi
Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən
17 oktyabrFransada 500 etiraz aksiyası gözlənilir
Fransa hüquq-mühafizə orqanları məktəb etirazları və yaşayış xərclərinin yüksək olması, yanacaq qiymətlərinin artması və ictimai xidmətlərin pisləşməsi ilə bağlı artan ictimai narazılıq fonunda çətin bir şənbə gününə hazırlaşır. xəbər verir ki, "Le Figaro" qəzetinin məlumatına görə, ölkəd
17 oktyabrİstanbulda leysandan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb
Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, iki gündür axtarışları davam edən 4 itkin şəxsdən daha birinin nəşi sel sularından çıxarılıb və bununla da ölənləri
16 oktyabr