"Etirazlar bu şəkildə davam edərsə, İranda bəzi dəyişiklikləri görə bilərik"

"Etirazlar bu şəkildə davam edərsə, İranda bəzi dəyişiklikləri görə bilərik""Bu gün yeniyetmə və gənclərin İran rejiminə qarşı nümayişləri ikinci aya qədəm qoyub. Son illərdə İranda molla rejiminə qarşı az-çox xalq etirazları müşahidə olunur".

Sonxeber.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında İranın daxili siyasəti üzrə eksperti Babək Çələbyanlı deyib.

O bildirib ki, son etirazlar əvvəlkilərdən bir neçə cəhətinə görə fərqlənir:

"Birincisi, son etirazlar İranın əxlaq polisi tərəfindən gənc qadının öldürülməsi ilə başladı. Təbii ki, xalq çox qəzəbləndi, amma rejim heç vaxt qətli öz üzərinə götürməyib və yalanlar yaymağa davam edir. İkincisi, son iki onillikdə azərbaycanlılar müəyyən səbəblərdən etirazlara qoşulmaq istəməyiblər. Bunun əsas səbəblərindən biri də 22 may 2006-cı il hadisələrində azərbaycanlıların tək qalmasına münasibəti, həmin hadisədə İranın rəsmi qəzeti türkləri hamam tarakanlarına bənzətməsidir. Bir ay ərzində Güney Azərbaycanda keçirilən etiraz aksiyalarında da azərbaycanlılara dəstək verən olmadı. Həmçinin, Urmiya gölü etirazlarında.

Bir sözlə, Azərbaycan həmişə rejimə qarşı təkbaşına mübarizə aparıb. Digər qeyri-fars xalqlar da, o cümlədən, ərəblər, bəluclar və kürdlərdə də belə olub. Yəni bu günə qədər İranda zülm altında olan xalqlar təkbaşına və müxtəlif vaxtlarda mübarizə aparıblar. Bu molla rejiminin xeyrinə olub, çünki rejim onları asanlıqla sıxışdıra bilib.

Lakın gənc yaşlı Məhsa Əmininin saçının bir hissəsi açıq olduğu üçün İran əxlaq polisi tərəfindən öldürülməsi bütün İranda yeniyetmə və gənclərin gözlənilməz reaksiyasına səbəb oldu. Gənc qadınlar ictimai yerlərdə hicabı çıxararaq etiraz etdilər. Bu dəfə qadın və insan haqları uğrunda başlanan etirazlara azərbaycanlılar səssiz qalmayaraq, ölkədə gedən etirazlara dəstək verdi.

Üçüncü amil: iranlı məşhurların, xalq artistlərinin, idmançıların və beynəlxalq ictimaiyyətin etirazlara geniş dəstək verməsidir.

İran rejimi son bir ayda bu etirazları yatıra bilməyib. Çünki ölkənin hər yerinə səpələnmiş etirazlar davam edir, 85 milyonluq cəmiyyətdə belə etirazları yatırtmaq o qədər də asan deyil. Və etirazların davam etməsi ilə repressiv qüvvələr çox yorulub. Bəzi hallarda polis qüvvələri xalqı repressiya etmək istəmir. Görünür, etirazlar bu şəkildə davam edərsə, İranda bəzi dəyişiklikləri görə bilərik. Lakin bu molla rejiminin İslam qanunlarını dəyişəcəyi anlamına gəlmir, İran rejimi süqut anına qədər bütün gücü ilə etirazlara müqavimət göstərəcək. İran rejimi həm də özünü bu çətin vəziyyətdən xilas etmək üçün xarici ölkə ilə qısamüddətli münaqişə axtarır.

Bu səbəbdən də rejim dəfələrlə İranın parçalanma təhlükəsindən danışıb və etirazları nəzarət altına almaq üçün kürd separatçılarının varlığını bəhanə edərək, Şimali İraqı raketlərlə bombalayıb. İran İnqilabı Keşikçiləri Korpusunun Araz çayı sahilində hərbi təlimi də bu istiqamətdədir. İİKK komandirlərinin Azərbaycan Respublikasına qarşı təkəbbür və təbliğatına baxmayaraq, İran rejimi Azərbaycan Respublikasının ərazisinə hücum və təcavüz etməyə cəsarət edə bilməz. Belə bir məsələ olduğu halda, İran Tehran küçələrində azərbaycanlılarla savaşmalıdır".

Babək Çələbyanlının sözlərinə görə, rejim Azərbaycanın dəstəyindən son dərəcə narahat və qəzəblidir.

"Elə buna görə etirazların üçüncü günündə Təbrizdə 1700 nəfər həbs edilib. Güney Azərbaycanın digər şəhərlərindəki həbslərin statistikası İranın bölgələrindən daha çoxdur. Eləcə də öldürülən azərbaycanlıların sayı digər xalqlardan çoxdur. Hədis Nəcəfi və Əsra Pənahi kimi azərbaycanlı qızlar Kərəc və Ərdəbil şəhərində İran rejimi tərəfindən qətlə yetirilib".

Ekspert bildirib ki, İranda 30 milyondan çox azərbaycanlının olmasına baxmayaraq, öz hüquqlarından, o cümlədən ana dilində təhsil almaqdan və digər sosial hüquqlardan məhrumdurlar:

"Əsasən İran rejimi şiə dini adı altında aşırı fars millətçiliyi əsasında qurulub. Və bu səbəbdən də Azərbaycanın türk kimliyi onun düşməni kimi müəyyən edilib. Amma İran rejimi 200 minlik erməni azlığının hüquqlarını tanıyıb. Ermənilərin İranda öz məktəbləri var və bütün mədəni və sosial hüquqlardan istifadə edirlər. İran rejimi erməni azlığının hüquqlarını tanımaqla, dünya ictimaiyyətinə güya İranda heç bir ayrıseçkiliyin olmadığını və bütün azlıqların öz hüquqlarına malik olduğunu bildirmək istəyir.

Azərbaycanlılar hazırda İranın molla rejiminin müstəmləkəsindədirlər, lakin Azərbaycan xalqının "Azərbaycan Milli Hərəkatı" altında apardığı mübarizə yaxın gələcəkdə arzu olunan nəticəni verəcək və müqəddəs Azərbaycan bayrağının Təbrizdə dalğalanmasının şahidi olacağıq".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 955   Tarix: 23 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Yaponiya Rusiyanın casusluq iddialarını rədd etdi

Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib. xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press"in məlumatına görə, "Hokkayd

15 oktyabr
.

Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı

Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua

15 oktyabr
.

ABŞ-ın Yaxın Şərqdəki yüksək rütbəli komandiri, İranın səlahiyyətlilərinin pul çatışmazlığı səbəbindən İİKK-yə pul göndərdiyini söyləyir

ABŞ Mərkəzi Komandanlığının komandanı admiral Bred Kuper, "bölgədəki İranla əlaqəli milis qruplarının İslam İnqilabı Keşikçiləri Korpusuna pul köçürmək üçün əsgərlərindən ödənişləri dayandırdığı" barədə məlumatlara istinad edir. The Times of İsrael-ə istinadən xəbər verir ki, Kuper ABŞ ordusunu

17 oktyabr
.

Rusiya-Ukrayna müharibəsində son vəziyyət: Hücumlar davam edir, Avropa Kiyevə dəstəyini artırır

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə hərbi əməliyyatlar və enerji infrastrukturlarına hücumlar gündəmdə qalır. Ukraynanın müxtəlif bölgələrinə endirilən zərbələr nəticəsində ölən və yaralananlar var. Eyni zamanda, Avropa İttifaqı Ukraynaya dəstəyini davam etdirir, Qara dənizdə təhlükəsizlikl

16 oktyabr
.

ABŞ İran və Venesuelaya qarşı bu sistemdən istifadə edib

ABŞ Kosmik Qüvvələri İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün radioelektron mübarizə sistemlərindən istifadə edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sistemlər rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini aşkar etmək və onları

15 oktyabr
.

ABŞ Konqresində Rusiya dizel yanacağının idxalına qarşı qanun layihəsi təqdim edilib

ABŞ Nümayəndələr Palatasının Demokrat üzvü Qreqori Miks Donald Tramp administrasiyası tərəfindən Rusiya dizel yanacağının alınması və idxalı ilə bağlı mümkün razılaşmanın qarşısını almağı hədəfləyən ikipartiyalı qanun layihəsi təqdim edib. xəbər verir ki, sənəd "Korrupsiyalaşmış Rusiya Neft Sövdələşmələrini

17 oktyabr
.

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1

15 oktyabr
.

Almazın yeni "qohumu" kəşf edildi

Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini

15 oktyabr
.

Berlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi

Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən

17 oktyabr