Almaniyada yürüş-mitinqində İrandakı hakimiyyətin istefası tələb olunub
Almaniyanın paytaxtı Berlində İrandakı hakimiyyətin istefası tələbi ilə keçirilən yürüş-mitinqi gecə saatlarına kimi davam edib.
Yürüş-mitinqi Berlinin "Böyük Ulduz" ("Großer Stern") meydanından start götürüb. Mitinqdə İrandakı hakimiyyət əleyhinə müxtəlif şüarlar səsləndirilib, hazırda həbsdə olan fəalların dərhal azadlığa buraxılması tələb olunub.
Yürüş-mitinqində Almaniyada yaşayan azərbaycanlılar da fəal iştirak ediblər. Uzun illərdir Almaniyada yaşayan aktivist Fərhad Məcidzadə bildirib ki, İrandakı hakimiyyət ölkəni yaşanmaz vəziyyətə gətirdiyindən, hər il minlərlə insan ölkəni tərk etmək məcburiyyətində qalır: "Basqıcı rejimin əlindən bezmişik. 22 yaşlı Məhsa Əmininin baş örtüyünə görə amansızcasına qətlə yetirilməsi son hədd idi. Artıq bundan sonra hakimiyyət İrandakı etirazların qarşısını ala bilməyəcək. Hökumətin istefasına nail olana qədər həm İranda, həm də kənarda etiraz yürüş-mitinqlərini davam etdirəcəyik. İstəyirik ki, məmləkətimizdə demokratik hökumət olsun".
Onun sözlərinə görə, keçən həftə də paytaxt Berlində minlərlə insanın iştirakı ilə 22 yaşlı Məhsa Əminin İran əxlaq polisi tərəfindən öldürülməsinə etiraz olaraq aksiya keçiriblər: "Həmin aksiyaya gözlədiyimizdən də çox insan gəlmişdi. Qərara gəldik ki, şəhər rəhbərliyinə yenidən yürüş-mitinqi üçün müraciət edək. Sağ olsunlar, müraciətimizi qəbul etdilər və bizə Berlinin "Böyük Ulduz" ("Großer Stern") meydanında yer ayrıldı. Bugünkü yürüş-mitinqinə təkcə Almaniyada yox, Avropanın digər ölkələrində yaşayan həmvətənlərimiz də qoşulub".
F.Məcidzadə qeyd edib ki, növbəti yürüş-mitinqlərini Almaniya və Avropanın digər şəhərlərində keçirməyi düşünürlər./Report
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 812 Tarix: 23 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaponiya Rusiyanın casusluq iddialarını rədd etdi
Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib. xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press"in məlumatına görə, "Hokkayd
15 oktyabrSibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua
15 oktyabrABŞ İran və Venesuelaya qarşı bu sistemdən istifadə edib
ABŞ Kosmik Qüvvələri İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün radioelektron mübarizə sistemlərindən istifadə edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sistemlər rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini aşkar etmək və onları
15 oktyabrDünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1
15 oktyabrAlmazın yeni "qohumu" kəşf edildi
Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini
15 oktyabrBerlində məktəblərdə namaz qılınmasına qadağa: Məhkəmə qərar verdi
Almaniyada Berlin İnzibati Məhkəməsi liseydə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanı qanunauyğun hesab edib. Bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir. Məlumata görə, məhkəmə müsəlman şagirdlərin liseydə (məktəbdə) kollektiv və nümayişkaranə şəkildə namaz qılmasını qadağan edən tənzimləmən
17 oktyabr