Rusiya Qarabağda konsulluq açmaq istəyir

Rusiya Qarabağda konsulluq açmaq istəyirXəbər verdiyimiz kimi, ötən gün Zəngəzur vilayətinin Qafan şəhərində İranın Baş Konsulluğunun açılış mərasimi keçirilib. Konsulluq binasının açılışında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullohian və ermənistanlı həmkarı Ararat Mirzoyan iştirak ediblər.

Konsulluğun inzibati binası istifadəyə verilsə də, orada təmir işləri hələ tam başa çatmayıb. Səliqəsiz, eyni zamanda təmirsiz binanın açılışına nazirlərin gəlməsi sosial şəbəkələrdə gülüş obyektivinə çevrilib.

Bununla bağlı tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix İranın son günlər Ermənistanla isti münasibətlər qurmasının səbəbsiz olmadığını deyib.

Onun sözlərinə görə, indiki durumda İran üçün Ermənistanı müttəfiq dövlətlər dairəsində saxlamaq vacibdir:

"Nikol Paşinyanın (Ermənistanın baş naziri -red) aktiv şəkildə Qərbin qarşısında quyruğunu yelləməsi, ATƏT-in missiyasını və faktiki olaraq Qərb müşahidəçilərini regiona dəvət etməsi fonunda İran potensial təhlükə kimi onlardan ehtiyat edir. Buna görə də İrəvanla münasibətləri yaxşılaşdırmaq üçün addımlar atır".

Bundan əlavə, politoloq Rusiyanın Qarabağda diplomatik nümayəndəlik açmaq niyyətində olduğunu söyləyib:

"Rusiya Qarabağda diplomatik nümayəndəlik aça bilər, buna konsulluq da daxildir. Üstəlik, bölgədə Rusiyanın sülhməramlı kontingenti var. Məhz buna görə də Qərb ölkələrinin Cənubi Qafqazda güclənməsi fonunda təsir nöqtələrinin axtarışına çıxıblar. Bundan sonra ABŞ və Avropa İttifaqının Cənubi Qafqazdakı proseslərdə iştirakının azaldılmasına ehtiyac var".

Xatırladaq ki, İran hökuməti hələ 2021-ci ilin dekabrında Zəngəzurda baş konsulluğun açılması barədə qərar qəbul etmiş, bundan sonra Abedin Varamini İranın Qafana baş konsulu təyin etmişdi. Rusiyanın Qarabağda konsulluq açmaq istəyinə gəlincə, hələlik bununla bağlı rəsmi qurumlar tərəfindən hər hansı açıqlama verilməyib./Demokrat


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1638   Tarix: 23 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr