"Nüvə silahından yalnız Putin istifadə edə bilər" - Zelenski

"Nüvə silahından yalnız Putin istifadə edə bilər" - Zelenski"Avropada nüvə silahından yalnız bir subyekt istifadə edə bilər - Ukrayna deyil, Rusiya Prezidenti Vladimir Putin".

"Qafqazinfo" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

O, xatırladıb ki, son sutkada Rusiyanın müdafiə naziri Sergey Şoyqu "telefon karuseli" təşkil edib və xarici işlər nazirlərinə hansısa "çirkli nüvə bombası" haqqında hekayələrlə zəng edir.

Zelenski qeyd edir ki, eyni zamanda, hər kəs "bu müharibədə təsəvvür edilə biləcək çirkin hər şeyin mənbəyinin kim olduğunu" yaxşı bilir.
"Zaporojye AES-də radiasiya fəlakətini şantaj edən Rusiyadır; Rusiya raketlərinin, xüsusən də Ukraynanın nüvə obyektlərinin üzərindən keçən trayektoriyadır; Kaxovskaya su elektrik stansiyasının bəndini və bloklarını minalayan Rusiya hərbçiləridir. Stansiyanı partlatmaqla şantaj edir, mülki infrastruktura qarşı fosforlu sursatlardan, qadağan olunmuş piyada əleyhinə minalardan və bütün spektrli silahlardan istifadə edən Rusiyadır", - Ukrayna Prezidenti vurğulayıb.

"Əgər Rusiya zəng edib deyirsə ki, guya Ukrayna nəsə hazırlayır, deməli, bu, bir o deməkdir ki, Rusiya bütün bunları artıq hazırlayıb", - Zelenski əlavə edib.

Ukrayna Prezidenti hesab edir ki, indi dünya mümkün qədər sərt reaksiya verməlidir:

"Çünki bizə nə qədər güclü dəstək verilsə, bu müharibə və mümkün Rusiya təhdidləri bir o qədər tez bitəcək. Terrorçu dövlət payı qaldıranda bunun nəticə verməyəcəyini hiss etməlidir", - Zelenski deyib.

O, bəyan edib ki, gələn həftə Ukrayna diplomatiyası üçün bir nömrəli vəzifə - baş verənləri izah etmək olacaq. O, əmindir ki, dünya Ukrayna ilə olacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1415   Tarix: 24 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gənclərin 70 faizi telefonla danışmaq istəmir - Mütəxəssislər səbəbini açıqladı

Gənclər arasında telefonla danışmaq getdikcə daha az üstünlük verilən ünsiyyət formasına çevrilir. Xüsusilə əvvəlcədən xəbərdarlıq edilmədən edilən zənglər bəzi gənclərdə narahatlıq və stress yaradır. Mesajlaşma isə daha rahat ünsiyyət vasitəsi hesab olunur. 2024-cü ildə aparılan araşdırmaya görə, 18-3

17 oktyabr
.

Yaponiya Rusiyanın casusluq iddialarını rədd etdi

Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib. xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press"in məlumatına görə, "Hokkayd

15 oktyabr
.

İran cari ilin qarşıdakı dövründə benzin idxal etməyəcək

İran 2026-cı ilin qarşıdakı dövründə xaricdən benzin idxal etməyəcək. xəbər verir ki, bunu İranın birinci vitse-prezodenti Məhəmmədrza Arif ölkədəki elmi-siyasi, sosial, iqtisadi və beynəlxalq vəziyyətə habelə, sosial kapitalın gücləndirilməsi və əhalinin rifah vasitələrinin təmin edilməsi ilə bağl

15 oktyabr
.

Batareyaların ömrünü uzadan ucuz üsul tapıldı: Cəmi 25 faiz dəmir kifayət edir

Hindistan alimləri sink-ion batareyalarının daha səmərəli və uzunömürlü olması üçün ucuz üsul hazırlayıblar. Tədqiqat göstərib ki, batareyanın katod materialında vanadium atomlarının 25 faizinin dəmirlə əvəzlənməsi enerji tutumunu, sürətli enerji ötürmə qabiliyyətini və dövrlər üzrə dayanıqlığını artırır

16 oktyabr
.

"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video

ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund

16 oktyabr
.

Lavrov Tehrana səfər edəcək

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edəcək. xəbər verir ki, səfər zamanı iranlı həmkarı ilə danışıqlar planlaşdırılır. Danışıqlar zamanı tərəflər İran ətrafındakı vəziyyətə xüsusi diqqət yetirərə

16 oktyabr
.

CNN: Ukrayna Patriot raketlərisiz qalıb

Ukraynanın ABŞ-ın Patriot hava hücumundan müdafiə sistemləri üçün tutucu raketləri tükənib və bu da ölkəni Rusiyanın ballistik raketlərinə qarşı daha həssas edir. xəbər verir ki, bu, ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında kəskinləşən ictimai münaqişə fonunda baş verib

16 oktyabr
.

Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır

Ukrayna artıq ABŞ nümayəndələri ilə yeni görüşün keçirilməsi barədə danışıqlar aparır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. "Bilirəm ki, bizim komandamız onlarla daim əlaqə saxlayır. Düşünürəm ki, yaxın günlərdə bu və ya digər səviyyədə görü

16 oktyabr
.

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1

15 oktyabr