Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - AÇIQLAMA
Son zamanlar apteklərdə dərman qıtlığı yaşanır. Tələbat olan bəzi dərmanları aptekdə tapmaq olmur. Aptekə üz tutduqda isə həmin dərmanların depoda tükəndiyi yaxud satışının dayandırıldığı deyilir.
Azərbaycan həkimləri İctimai Birliyinin sədr müavini, həkim Aydın Əliyev BiG.AZ-a bildirib ki, apteklərdə hər hansısa dərman çatışmırsa ya onun qiyməti artır, ya da daha baha qiymətə alternativ təklif olunur:
"Ölkəmizdə dərman siyasəti çox bərbad haldadır. Yəni bu sahədə dövlət nəzarəti olsa da, neqativ haldadır. Ciddi statistik məlumatlara əsaslanan bir dərman siyasəti təəssüf ki, bizdə yoxdur. Bu işlə özəl şirkətlər məşğul olur. Bildiyimiz kimi özəl sisitemdə maddi maraq hər zaman öndədir. Ola bilsin ki, bu, düşünülmüş halda olsun. Yəni apteklərdə bəzi dərman qıtlığı yaransın və onun qiyməti artsın deyə. Dəqiq məlumatım yoxdur, amma təxmini belə bir fikir irəli sürmək olar. Ola bilər ki, süni qiymət artımı yaratmaq üçün həmin dərmanları depolarda saxlayarlar. Artıq bununla müvafiq dövlət orqanları məşğul olmalıdır. Apteklərdə hər hansısa dərman çatışmırsa ya onun qiyməti artır, ya da daha baha qiymətə alternativ təklif olunur. Bu, bazarın siyasəti, qaydalarıdır. Amma dərman məsələsi ticari olmaqdan daha çox strateji məsələdir. Yəni insan sağlamlığı ən prioritet məsələdir. Ona görə də dövlət səviyyəsində bu işlə ciddi məşğul olunmalıdır. Bu işlə məşğul olacaq müvafiq dövlət qurumları var, amma təəssüf ki, onlar bununla məşğul olmurlar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR