"Ərazi bütövlüyümüzü şübhə altına atacaq fikirlər səsləndirənlər Azərbaycan xalqlndan üzr istəməlidir" - DEPUTAT
"Bu gün heç bir qüvvə Azərbaycanı başladığı haqq savaşından döndərə bilməz".
Bunu Sonxeber.az-a açıqlamasında deputat Cavanşir Paşazadə deyib.
Deputat qeyd edib ki, döyüş meydanında əldə edilən qələbəni bu gün Azərbaycan diplomatik cəbhədə davam etdirir:
"Bu gün Ermənistan və onun havadarları Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qalibiyyətini qəbul edə bilmirlər. Məhz bunun üçün də müxtəlif sərsəm fikirlər irəli sürürlər. O fikirlərdən birini də oktyabrın 20-21-də Rusiyanın Birinci Kanalında yayımlanan "Böyük oyun" verilişinin efirində səsləndirildi. Verilişin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar anti-Azərbaycan çıxışları, ərazi bütövlüyümüzün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi qəbuledilməzdir. Məhz buna görə, haqlı olaraq, Azərbaycanın səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə rəsmi sərt etiraz notası göndərib. O verilişə diqqət etsəniz, görərsiniz ki, verilişin aparıcısı və qonaqları uzun illərdir ki, saxta "genosid"in təbliğatını aparır, daim Azərbaycanın və Türkiyə əleyhinə öz beyinlərinin uydurduğu fikirləri səsləndirirlər. Təbii ki, həmin verilişdə səsnlənilən fikirlər birbaşa Azərbaycan-Rusiya münasibətlərinə və əməkdaşlığa kölgə salır".
Deputat hesab edir ki, Rusiya hökuməti ikitərəfli əməkdaşlığa, uzunmüddətli dostluq əlaqələrinə xələl gətirən bu cür açıqlamalar verən aparıcıdan və ermənipərəst qonaqlardan səsləndirdikləri bu fikirlərə görə Azərbaycandan xalqından üzr istəməklərini tələb etməlidir:
"Həmçinin, həmin şəxslərin Azərbaycana girişi qadağan edilməli və adları "qara siyahı"ya salınmalıdır. Bu gün Azərbaycan 30 illik işğala öz gücünə son qoyaraq, illərdir bərpa edilməyən hüquqlarını bərpa edib. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tarixi zəfər qazanaraq düşməni yerində otuzdurdu. Biz yalnız döyüş meydanında deyil, girdiyimiz diplomatik savaşda da qalib gələcəyik. Bu gün danışıqlar savaşında yalnız Azərbaycanın şərtləridir. Ermənistan əvvəl-axır şərtlərimizlə razılşaıb sülh müqaviləsini imzalamalıdır. Əks təqdirdə, növbəti "Dəmir yumruğu" başında hiss edəcək".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi