ŞİKAYƏT: Mehdiabadda bələdiyyə binasının yaxınlığı zibil poliqonuna çevrilib, sahibsiz itlər insanlara hücum edir - FOTO

ŞİKAYƏT: Mehdiabadda bələdiyyə binasının yaxınlığı zibil poliqonuna çevrilib, sahibsiz itlər insanlara hücum edir - FOTOAbşeron rayonunun bəzi qəsəbələrində "zibillik" problemi illərdir həllini tapmır. Rayonun Mehdiabad bələdiyyəsinin inzibati binasının yaxınlığında çəkilən görüntülər antisanitar vəziyyətin hökm sürdüyünü açıq-aydın göstərir, ərazi sanki zibil poliqonuna çevrilib.

Pravda.az-a Mehdiabad qəsəbə sakinləri tərəfindən ünvanlanan şikayətdə bildirilib ki, sözügedən ərazidə zibil konteynerləri vaxtında təmizlənmir, sahibsiz itlər insanlara hücum edir.

Şikayət məktubunda yolların da bərbad vəziyyətdə olduğu qeyd olunub.

Sakinlərin sözlərinə görə, onlar dəfələrlə bu barədə qəsəbə bələdiyyəsinə və digər aidiyyatı qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb.

Mehdiabad bələdiyyəsinin sədr müavini Tahirə Süleymanova Pravda.az-a bildirib ki, ərazidəki zibillər hər gün təmizlənir: "Lakin avtomobillə keçəndə uzaq-yaxın məsafədən yol kənarına zibilləri tullayırlar. Ona görə də ətrafa zibil səpələnir. Mədəni sakinlər də var, qapısının qarşısına zibil qutusu qoyur, vaxtında ödəniş edirlər. Lakin 3 manata görə elə sakinlər var həm zibili ətrafa atırlar, həm də şikayət edirlər. Ərazidəki sahibsiz itlər isə təhlükəli deyillər. Zərərsizləşdirilmiş itlərdir. Vətəndaşlar da onlara mütəmadi yemək verirlər. Yayılan görüntülərdə yerə qoyulmuş əşyalar isə yaxınlıqdakı mağazada təmir səbəbindən qoyulub. Mağaza sahibi təmir işi bitəndən sonra həmin hissəni də təmizləyib".

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanlasaq da, müraciətimiz cavabsız qaldı.
ŞİKAYƏT: Mehdiabadda bələdiyyə binasının yaxınlığı zibil poliqonuna çevrilib, sahibsiz itlər insanlara hücum edir - FOTOŞİKAYƏT: Mehdiabadda bələdiyyə binasının yaxınlığı zibil poliqonuna çevrilib, sahibsiz itlər insanlara hücum edir - FOTOŞİKAYƏT: Mehdiabadda bələdiyyə binasının yaxınlığı zibil poliqonuna çevrilib, sahibsiz itlər insanlara hücum edir - FOTOŞİKAYƏT: Mehdiabadda bələdiyyə binasının yaxınlığı zibil poliqonuna çevrilib, sahibsiz itlər insanlara hücum edir - FOTOŞİKAYƏT: Mehdiabadda bələdiyyə binasının yaxınlığı zibil poliqonuna çevrilib, sahibsiz itlər insanlara hücum edir - FOTOŞİKAYƏT: Mehdiabadda bələdiyyə binasının yaxınlığı zibil poliqonuna çevrilib, sahibsiz itlər insanlara hücum edir - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1031   Tarix: 25 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini

9 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10 noyabr
.

Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir

9 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr