İranın Naxçıvan təxribatının məqsədi nədir? - VİDEO
İran İslam Respublikasının son vaxtlar Azərbaycana münasibətdə yürütdüyü düşmənçilik siyasəti getdikcə aqressiv şəkil almaqdadır.
Bu barədə "Azad İran" "Youtube" kanalı süjet hazırlayıb.
Belə ki, Azərbaycanla həmsərhəd bölgədə hərbi təlimlərin keçirilməsindən və Qafanda İranın baş konsulluğunun açılmasından sonra İran tərəfindən Azərbaycana qarşı açıq-aşkar təxribat xarakterli daha bir addım atılıb. Oktyabrın 21-də İran Dövlət Teleradio Təşkilatına bağlı "Səhər" televiziya kanalı Azərbaycan Respublikasının ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında guya "İranın Naxçıvanı" adlı xalq hərəkatının yarandığı barədə məlumat yayıb.
Məlumatda iddia olunduğuna görə, könüllü əsaslarla fəaliyyət göstərən bu qondarma hərəkatın məqsədi Naxçıvanı İrana birləşdirmək, daha dəqiqi, onun İrana qaytarılmasına nail olmaqdır. Xəbərə mötəbərlik donu geyindirməkdən ötrü bir Azərbaycan jurnalistinin adından istifadə olunsa da, araşdırma göstərir ki, bu, çoxdan planlaşdırılmış bir təxribatdır və son dövrlər İranın Azərbaycan əleyhinə atdığı siyasi, hərbi və diplomatik addımların bilavasitə davamıdır. Yəni söhbət əslində İranın Azərbaycana qarşı apardığı hibrid müharibənin bir elementindən gedir.
Daha ətraflı süjetdə:
Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb