Milli Qəhrəman olan sabiq icra başçısı dəfn edildi - YENİLƏNİB + FOTO
Milli Qəhrəman Maşallah Abdullayev dəfn edilib.
APA xəbər verir ki, Maşallah Abdullayev Goranboy şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun döyüş yoldaşları, Vətən müharibəsi iştirakçıları, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Dəfn mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilib.







10:18
Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992-1993), Azərbaycanın Milli Qəhrəmanı (1992), Qarabağ müharibəsi iştirakçısı Maşallah Abdullayev vəfat edib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Goranboy rayonunda yaşayan Milli Qəhrəman ömrünün 72-ci ilində dünyasını dəyişib.
Qeyd edək ki, Maşallah Abdullayev 1992-ci ildə Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olunub. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərib.
Birinci Qarabağ müharibəsindən sonra M.Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Şurasının sədri olub. İgidliyə görə general Məhəmməd Əsədov adına mükafata və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalına layiq görülüb.
Xatırladaq ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən M.Abdullayev əməliyyat edilərək Milli Onkologiya Mərkəzinə yerləşdirilmişdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR