"Türkiyə kimi qüdrətli bir dövlətin Azərbaycanla qardaş və dost olması ilə qürur duyuruq" - Kamilə Əliyeva

"Türkiyə kimi qüdrətli bir dövlətin Azərbaycanla qardaş və dost olması ilə qürur duyuruq" - Kamilə Əliyeva"Zəngilanın işğaldan azad edilməsindən iki il sonra 20 oktyabr 2022-ci ildə qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Cəbrayıla səfər etməsi və Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi tarixi bir hadisə oldu. Vətən Müharibəsinin ilk saatlarında Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Ərdoğan Türkiyənin Azərbaycanın yanında olduğunu bütün dünyaya bəyan etdi. Azərbaycanın haqq savaşında Türkiyənin bizə verdiyi siyasi və mənəvi dəstək müharibənin son gününə qədər davam etdi. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması işində də Azərbaycan - Türkiyə birliyi göz önündədir".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Millət vəkili həmçinin bildirib ki, Şuşada imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyəni rəsmən də müttəfiq etdi. Azərbaycan - Türkiyə dostluğu, müttəfiqluyi bölgədə sülhə, əmin-amanlığa xidmət edir. Bu gün Türkiyə dünyada söz sahibi, eləcə də güc mərkəzidir. Yaşadığımız dövrdə bir çox ölkələrdə iqtisadi, siyasi böhran hökm sürür. İnsanların durumu ağır vəziyyətdədir. Türkiyə isə bütün sahələrdə inkişaf edir:

"Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin başçılığı altında qüdrətli Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixdə ermənilərin törətdikləri hərbi təxribatın qarşısını almaq məqsədilə əks hücuma keçərək Vətən Müharibəsi savaşına başladı. Müharibənin ilk günündə ordumuz bir neçə kəndi azad etdi və uğurlu hərbi əməliyyatlar nəticəsində hər gün düşməni məhv edərək irəlilədi. 20 oktyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri 27 il işğal altında qalan Zəngilan şəhərini işğaldan azad etdi. Zəngilan işğaldan azad edildikdən bir neçə gün sonra Qubadlı rayonu da işğaldan azad edildi və Azərbaycan Ordusunun bölmələri iki istiqamətdə, Laçın və Şuşaya doğru irəliləməyə başladı.

Mədəniyyət paytaxtımız, dünya azərbaycanlılarının qürur yeri olan Şuşa noyabrın 8-də işğaldan azad edildi və bununla da Ermənistan təslim olduğunu bəyan etdi. Zəngilanın işğaldan azad edilməsindən iki il sonra 20 oktyabr 2022-ci ildə qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Cəbrayıla səfər etməsi və Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi tarixi bir hadisə oldu. Vətən Müharibəsinin ilk saatlarında Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Ərdoğan Türkiyənin Azərbaycanın yanında olduğunu bütün dünyaya bəyan etdi. Azərbaycanın haqq savaşında Türkiyənin bizə verdiyi siyasi və mənəvi dəstək müharibənin son gününə qədər davam etdi. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması işində də Azərbaycan - Türkiyə birliyi göz önündədir. Türkiyə şirkətləri quruculuq işlərində yaxından iştirak edir. Türkiyə şirkətləri avtomobil və dəmir yollarının və tunellərin tikintisində Azərbaycan şirkətləri ilə çiyin-çiyinə çalışırlar. Işğal dövründə ermənilər şəhər və kəndlərimizi yerlə yeksan etmişlər. Binaların daşlarını belə söküb Ermənistana daşımışdılar. Ermənilərin bu çirkin məqsədləri azərbaycanlıların heç vaxt bu torpaqlara qayıdıb yaşaya bilməməsinə xidmət edib. Ermənilər unutmuşdular ki, azərbaycanlılar Vətəni, doğma torpağı öz canlarından belə əziz tuturlar. Bütün məcburi köçkünlər öz ata yurduna qayıdacaqlar. Azərbaycan dövləti işğaldan azad edilmiş bütün şəhər və kəndlərimizi yenidən quracaq. Bu işdə türk qardaşlarımız da bizimlə birlikdədir. Türkiyə Vətən Müharibəsində bəzi dövlətlərin və qüvvələrin Azərbaycana qarşı təxribatının qarşısını aldı. Dünyada Türkiyə kimi qüdrətli bir dövlətin Azərbaycanla qardaş və dost olması ilə qürur duyuruq. Şuşada imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyəni rəsmən də müttəfiq etdi. Azərbaycan - Türkiyə dostluğu, müttəfiqliyi bölgədə sülhə, əmin-amanlığa xidmət edir. Bu gün Türkiyə dünyada söz sahibi, eləcə də güc mərkəzidir. Yaşadığımız dövrdə bir çox ölkələrdə iqtisadi, siyasi böhran hökm sürür. İnsanların durumu ağır vəziyyətdədir. Türkiyə isə bütün sahələrdə inkişaf edir. Dövlətin gücü və qüdrəti artmaqdadır. Azərbaycan və Türkiyə dostluğu əbədi və sarsılmazdır. Hər iki qardaş dövlətin - Azərbaycan və Türkiyənin bayraqları hər zaman bir yerdə dalğalanacaq".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1649   Tarix: 27 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr