"Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" - Deputat

"Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" - Deputat"Yeni Azərbaycan Partiyası bu illər ərzində xalqın etimadını doğuruldaraq Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir".

Bunu Sonxeber.az-a danışan deputat Aydın Hüseynov deyib.

Deputat vurğulayıb ki, Azərbaycanda siyasi partiyalar müstəqiliik əldə etdikdən sonra yaranmağa başlayıb:

"Yeni Azərbaycan Partiyasının yaranması o dövrdən xalqın tələbi və arzusudur. Bu illər ərzində Yeni Azərbaycan Partiyası cəmiyyətdə öz sosial dayaqlarını artıraraq, insanlara verilən vədi doğrultmaq keyfiyyətlərini nümayiş etdirərək, cəmiyyəti narahat edən problemlərin həllinin ən səmərəli yolunu müəyyənləşdirməklə vətəndaşlarda partiyaya inamının formalaşdırılması prosesini uğurla apara bilib. Bu gün əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin qoyduğu tarixi ənənələri sədaqətlə həyata keçirməkdədir. Bu gün bu tarixi reallıq uzaqgörən siyasəti və müdrik bacarığı ilə 30 illik işğala son qoyan Müzəffər Azərbaycan Ordusunun güclü Ali Baş Komandanı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu gün Azərbaycan xalqının partiyaya olan inamı və etimadı böyükdür. Bu inam və etibar nəticəsində bütün keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası böyük səs çoxluğu ilə qalib gəlir".

Deputat vurğulayıb ki, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır:

"Partiyanın 30 illik əsas fəaliyyət istiqaməti savadlı, vətənpərvər və gələcyi parlaq gənclərin yetişdirilməsidir. Bu gün çalışdığı sahədə uğur qanananların bir çoxu Yeni Azərbaycan Partiyasının onlar üçün yaratdığı şəraitdən yararlanan gənclərdir. Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi tərfindən pulsuz dil kursları, biznesin inkişafı ilə bağlı müxtəlif seminarlar və proqramlar həyata keçirilir. Gənclərimiz bu seminarlarda iştirak edərək, proqramlardan yararlanaraq gələcəklərini arzuladıqları formada qura bilərlər".

Depuat söyləyib ki, yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan və uğurla davam etdirilən əsas fəaliyyət istiqaməti Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyətin qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdır:

"30 il ərzində Yeni Azərbaycan Partiyası bu məqsədlərinə nail olub. Bu gün artıq biz qalib ölkənin, qalib partiyasının üzvləriyik və bununla qürur duyuruq. 44 günlük Vətən müharibəsində düşmənə qan udduran gənclərimiz öz qanları ilə tarix yazdılar. Döyüş meydanında əldə edilən zəfərimizi bu gün biz diplomatik cəbhədə də davam etdiririk. Bu gün danışıqlar masasında yalnız Azərbaycanın tələbləri və Ali Baş Komandanımızın diktəsidir. Əlbəttə, bu üstünlüyümüzü davam etdirməkdə, hakim partiya olaraq, Yeni Azərbaycan Partiyasının üzərinə mühüm vəzifə və məsuliyyət düşür. 30 illik fəaliyyətə nəzər salsaq, əminliklə deyə bilərik ki, Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərdən sonra regionda yaranan yeni imkanlardan istifadə edərək YAP öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın növbəti tarixi və strateji naliyyətlər qazanmasında mühüm rol oynayacaq".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1269   Tarix: 28 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr