"Bərdə terroru müasir dövrün dövlət səviyyəsində təşkil olunan ən böyük bəşəri faciəsidir" - Bəhruz Məhərrəmov

"Bərdə terroru müasir dövrün dövlət səviyyəsində təşkil olunan ən böyük bəşəri faciəsidir" - Bəhruz MəhərrəmovErmənistan silahlı qüvvələrinin raket hücumu nəticəsində 21 nəfərin öldürülməsi, 83 nəfərin isə yaralanması ilə müşahidə olunan Bərdə terrorundan iki il ötür.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sonxeber.az-a bildirib ki, heç bir hərbi zərurət olmadan yaşayış evləri, tibb və təhsil ocaqlarına məqsədli şəkildə, qorxu yaratmaq və mümkün qədər çox sayda insan tələfatına nail olmaq məqsədi ilə hücum etmək açıq formada sülh və insanlıq əleyhinə, o cümlədən, müharibə cinayətdir. Bu mənada, dünya ictimaiyyətinin məsələyə diqqət çəkməsi, münasibət bildirməsi, bölgəyə missiyalar göndərməsinə məhz o zaman ciddi ehtiyac var idi. ATƏT o zaman ya hərəkətsizlik göstərərək, ya da susqunluğa bərabər reaksiyalarla məsələni ört-basdır etməyə çalışdılar:

"Baş verən terror aktı müasir dövrün məhz dövlət səviyyəsində təşkil və icra olunan ən böyük bəşəri faciələrindən biri hesab olunmalıdır. Ermənistan müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərinə hücum etməklə müxtəlif növ silahlar, ballistik raketlər, o cümlədən fosfor bombaları və klaster başlıqlar kimi qadağan olunmuş vasitələrlə mülki əhali və mülki infrastruktur obyektlərini hədəfə almaqla beynəlxalq humanitar hüququn norma və prinsiplərini bütün dünyanın gözü önündə növbəti dəfə heçə saydı. Aydındır ki, heç bir hərbi zərurət olmadan yaşayış evləri, tibb və təhsil ocaqlarına məqsədli şəkildə, qorxu yaratmaq və mümkün qədər çox sayda insan tələfatına nail olmaq məqsədi ilə hücum etmək açıq formada sülh və insanlıq əleyhinə, o cümlədən, müharibə cinayətdir. Bu mənada, dünya ictimaiyyətinin məsələyə diqqət çəkməsi, münasibət bildirməsi, bölgəyə missiyalar göndərməsinə məhz o zaman ciddi ehtiyac var idi. Haaqa və Cenevrə hüquqlarının pozuntusunu, bu bəşəri cinayətləri məhz o zaman yerindəcə qeydiyyata almaq lazım idi, amma biz nə gördük? Bu gün Ermənistana missiya göndərən, yaxud göndərmyə can atan qurumlar, ələxsus da ATƏT o zaman ya hərəkətsizlik göstərərək, ya da susqunluğa bərabər reaksiyalarla məsələni ört-basdır etməyə çalışdılar. Ermənistan tərəfi isə məhz beynəlxalq ictimaiyyətin, xüsusən də o zaman münaqişəni həll etmək üçün mandata sahib olan ATƏT-in ikiüzlü yanaşmasına güvənərək, Fransa və İran kimi riyakar dövlətlərdən dəstək alaraq məsuliyyəti boynundan atmağa çalışdı. Məhz bu cəzasızlıq mühitinə güvənərək Ermənistan sonrakı günlərdə insan tələfatı ilə nəticələnən analoji cinayətləri davam etdirdi. Bu mənada əminliklə demək olar ki, Bərdə terroruna görə Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə yanaşı, Ermənistana hərbi-siyasi dəstək verən hər bir dövlət, hər bir təşkilat, o cümlədən, ATƏT özü bir başa məsuliyyət daşıyır.

Amma təbii ki, biz simasını itirmiş dövlət və təşkilatlardan mədət umaraq gözləmədik, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Bərdə, Tərtər, Gəncə terror aktları başda olmaqla son yüz ildə ermənilərin və Ermənistanın Azərbaycana qarşı törətdiyi bütün cinayətlərin qisasını misli ilə aldı, İrəvanı diz çökdürdü. O zaman nə dünyanı əleyhimizə qaldırmağa çalışan Fransa,Ermənistanın enerji, erməni ordusunun isə silah və maddi texniki təminatında müstəsna rol oynayan İranın molla rejimi, nə də işğalı əbədiləşdirmək üçün illərlə mübarizə aparan ATƏT-in Minsk qrupu İlham Əliyevin qətiyyəti qarşışında duruş gətirə, ona mane ola bilmədi. Azərbaycan işğala təcavüzə son qoydu, beynəlxalq hüququn aliliyini təmin edərək Cənubi Qafqazda özünün əsas hərəkətverici rola malik olduğu yeni reallıq yaratdı.

Günümüzdə bölgədə yenidən aktivləşənlər məhz bu amili nəzərə almalı, başa düşməlidirlər ki, hazırda Azərbaycan onların şər blokunu yerlə-yeksan etdiyi 2020-ci ildən çox daha güclüdür. Regionda var olmaq istəyən, əməkdaşlıq mühitindən faydalanmaq arzusunda olan hər kəs bu reallığı qəbul etməli, əks halda məhvə məhkum olacağını anlamalıdır.

Faciənin ikinci ildönümündə, həlak olanların xatirəsini bir daha dərin hüznlə yad edir, onların yaxınlarına və bütövlükdə xalqımıza baş sağlığı verir, dünyada törədilən sülh və insanlıq əleyhinə hər bir cinayəti qınayırıq".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1485   Tarix: 28 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr