"Azərbaycanla Gürcüstanın enerji sahəsində fəaliyyəti hər iki dövlətin milli maraqlarına cavab verir" - Deputat

"Azərbaycanla Gürcüstanın enerji sahəsində fəaliyyəti hər iki dövlətin milli maraqlarına cavab verir" - Deputat"Tarix boyu Azərbaycan və gürcü xalqları hər zaman dostluq, qardaşlıq, mehrban qonşuluq şəraitində yaşamışlar. İki ölkə arasında çox isti münasibətlər mövcud olub. Bu ənənə bu gün də davam etdirilir. Bu gün Azərbaycan - Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə yüksəlib. Bütün beynəlxalq təşkilatlarda hər iki dövlət bir-birini dəstəkləyir".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a deyib.
"Azərbaycanla Gürcüstanın enerji sahəsində fəaliyyəti hər iki dövlətin milli maraqlarına cavab verir" - DeputatO həmçinin qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında iqtisadi-ticari əlaqələr də yüksələn xətlə inkişaf edir. İki dövlət arasında cari ilin 9 ayı ərzində qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşıb. Azərbaycan Gürcüstanın iqtisadiyyatına 3 milyard dollar vəsait yatırıb ki, bu da hər iki dövlətin maraqlarına cavab verir:

"Prezident cənab İlham Əliyev 24 oktyabr tarixində Gürcüstan Respublikasına işgüzar səfərində bu ölkənin Baş Naziri İrakli Qaribaşvili ilə iki dövlət arasında bir çox sahələrdə mövcud olan dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi barədə müzakirələr apardı. Bu gün Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir və Prezident cənab İlham Əliyevin Gürcüstana bu dəfəki səfəri iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinə böyük təkan verəcək. Görüşdən sonra Prezident cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda Gürcüstan ilə Azərbaycan arasında yaxın vaxtlarda siyasi, iqtisadi əlaqələrin daha da dərinləşəcəyi, Cənubi Qafqazda sülhün bərqərar olmasında Azərbaycanın mövqeyi, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin bağlanmasına önəm verməsi , eləcə də ölkəmizin Gürcüstan da daxil olmaqla Avropanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli rolu barədə məlumat verdi.
Tarix boyu Azərbaycan və gürcü xalqları hər zaman dostluq, qardaşlıq, mehrban qonşuluq şəraitində yaşamışlar. İki ölkə arasında çox isti münasibətlər mövcud olub. Bu ənənə bu gün də davam etdirilir. Bu gün Azərbaycan - Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə yüksəlib. Bütün beynəlxalq təşkilatlarda hər iki dövlət bir-birini dəstəkləyir. Azərbaycan və Gürcüstanın birgə icra etdiyi layihələr region dövlətləri ilə yanaşı Avropa ölkələri üçün də böyük əhəmiyyət daşıyır.
Azərbaycan hər zaman Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olması üçün böyük səy göstərir. Müharibə bitdikdən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün ölkəmiz 5 əsas prinsipdən ibarət təklif irəli sürüb. Ermənistan tərəfi bu təklifləri qəbul edərsə, Cənubi Qafqazda tezliklə sülh bərqərar olar. Prezident cənab İlham Əliyev Gürcüstanda Ermənistana daha bir xoşniyyətli təklif irəli sürdü. Cənab İlham Əliyev Ermənistan rəhbərliyinə Azərbaycan - Gürcüstan - Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdısa, ölkəmiz də buna hazırdır mesajını verdi.
Azərbaycanla Gürcüstan arasında iqtisadi-ticari əlaqələr də yüksələn xətlə inkişaf edir. İki dövlət arasında cari ilin 9 ayı ərzində qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşıb. Azərbaycan Gürcüstanın iqtisadiyyatına 3 milyard dollar vəsait yatırıb ki, bu da hər iki dövlətin maraqlarına cavab verir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan Avropaya təbii qaz ixracının həcmi hər il artırılır. Bir çox sahələrdə, eləcə də enerji sahəsində Azərbaycan Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir.Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində tərəfdaşlığa dair Memoranduma əsasən 2027- ci ildə Azərbaycandan təkcə Avropaya qaz ixracı 20 milyard kub metrə çatdırılacaq. Azərbaycan eyni zamanda dünyaya elektrik enerjisi ixrac etməyi də planlaşdırır. Bu sahədə ölkəmizdə böyük layihələr həyata keçirilib. Azərbaycan elektrik enerjisi istehsalı və ixracı sahəsində də Gürcüstanla əməkdaşlığa böyük önəm verir. Bakı - Tbilisi - Qars dəmir yolu xətti ilə yükdaşımaların həcmi hər il artmaqdadır. Bu marşrut xətti ilə yükdaşımaların həcmini daha da artırmaq üçün Azərbaycan dövləti bu layihəyə əlavə sərmayə qoyacaq. Dünyanın və Avropanın enerji resurslarına böyük tələbatı olduğunu nəzərə alaraq Azərbaycanla Gürcüstanın bu sahədə birgə fəaliyyəti hər iki dövlətin milli maraqlarına cavab verir".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 978   Tarix: 29 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr