Bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi sayır - Paşinyan
Qərb ölkələrinin Qarabağ məsələsinin həlli ilə bağlı təklifləri Ermənistan üçün qəbuledilməz deyil.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Mülki müqavilə" partiyasının qurultayında deyib.
O əlavə edib ki, bir neçə təklif var. Birinciyə əsasən, Qarabağ məsələsinə diqqət yetirmədən Ermənistan-Azərbaycan məsələsinin tənzimlənməsi və hazırkı status-kvonun saxlanılması təklif olunur.
"Başqa bir yanaşma ondan ibarətdir ki, - gəlin, Qarabağ məsələsini həll edək. Amma bu halda sual yarana bilər ki, bu tərəflərdən hansı onu Azərbaycanın tərkib hissəsi hesab edir, hansı etmir", - deyə baş nazir bildirib.
Paşinyan əlavə edib ki, dünya ictimaiyyəti, bütün ölkələr istisnasız olaraq Qarabağı Azərbaycanın bir hissəsi hesab edirlər.
Sülhün bərqərar olmasına gəlincə, Paşinyan qeyd edib ki, əvvəlcə hansı fövqəldövlətlərin sazişlərin həyata keçirilməsinə zəmanət verdiyini və sülhün yaradılmasına kömək etdiyini başa düşmək lazımdır.
Xatırladaq ki, bir müddət əvvəl "Valday" klubunun iclasında Rusiya prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda Qərbin vasitəçilik fəaliyyətinə toxunaraq bildirmişdi ki, sülh müqaviləsinin "Vaşinqton variantı" Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutur.
"Moskvanın özü Ermənistana heç nə diktə edə bilməz və etməyəcək də" deyən Vladimir Putin qeyd edib ki, Ermənistan Rusiyanın strateji tərəfdaşı və müttəfiqidir, Moskva "Azərbaycanın maraqlarını nəzərə alaraq" Ermənistanın özünün nə təklif edəcəyinə diqqət yetirəcək.
Oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli görüşdə nizamlanma problemləri müzakirə olunacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb