Putin Soçidə Qarabağ planını açıqlayacaq - Müharibə istisna deyil

Putin Soçidə Qarabağ planını açıqlayacaq - Müharibə istisna deyilOktyabrın 31-də Soçidə Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Soçi görüşünün gündəliyi rəsmən açıqlanmasa da, əsas müzakirə mövzusunun sülh sazişi və Zəngəzur dəhlizi ilə bağlı olacağı ehtimal edilir.

Üçtərəfli görüşdən gözləntilərə gəlincə, fikirlər müxtəlifdir. Bir çoxları hesab edir ki, Rusiya "Vaşinqton variantı"nı gündəmə gətirməklə, sülh sazişinin imzalanmasını əngəlləməyə çalışır.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Soçi görüşündə tərəflərin baxış bucaqları yenidən qeyd ediləcək, kimin nə istədiyi məlum olacaq:

"Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı Qərbin yol xəritəsi məlumdur. Bu görüşdə Rusiyanın da yol xəritəsi məlum olacaq. Rusiyanın yol xəritəsi daha çox Qarabağın dağlıq hissəsi ilə bağlı məsələni gələcəyə saxlamağı özündə ehtiva edir. Bu yol xəritəsinə uyğun olaraq delimitasiya, demarkasiya və digər məsələlər paket şəkildə imzalana bilər".

Politoloq hesab edir ki, Soçi görüşündə konkret nəticə əldə olunacaq:

"Bu, yalnız hüquqi cəhətdən yeni sənədin qəbul edilməsi ilə baş tuta bilər. Görüş tərəflərin bir-birinə olan münasibətinin göstərilməsi, eyni zamanda fikir mübadiləsi üçün mühüm rol oynayacaq. Azərbaycanın mövqeyi konkretdir. Əsas tələbimiz Qarabağın Azərbaycan torpağı olduğunu Ermənistanın qəbul etməsidir. Digər məsələlər ikinci dərəcəli problemlərdir. Mən düşünürəm ki, nə qədər ki, Qarabağın dağlıq hissəsində separatçılar var, nə Azərbaycan-Ermənistan, nə də Azərbaycan-Rusiya arasındakı münasibətlərdə sabitlikdən danışa bilərik. Unutmamaq lazımdır ki, iş adamı Ruben Vardanyanın Qarabağa gəlməsi, telekanallarda Azərbaycana qarşı aparılan informasiya müharibəsi, bəzi dairələrin Qafqazla bağlı fikirlərinin nədən ibarət olduğunu açıq-aşkar göstərir".

Zaur Məmmədov düşünür ki, regionda cərəyan edən hadisələr Türkiyə-Azərbaycanın birliyini daha da gücləndirir. Yeni müharibə ehtimalına gəlincə, politoloq deyib:

"Proseslər Azərbaycanla Türkiyəni yeni addımlar atmağa sövq edəcək. Həm Ermənistan, həm Rusiya, həm də ABŞ və Avropa İttifaqı 30 il ərzində münaqişəli vəziyyəti uzatmaqda maraqlı oldular. Bu da müharibə ilə nəticələndi. Bu dəfə vaxtın uzadılması yeni müharibəyə gətirib çıxara bilər. Önümüzdəki 6 ay müddətində sülh müqaviləsinin imzalanması vacibdir. Əks təqdirdə region yeni müharibənin şahidi ola bilər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3666   Tarix: 29 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr