Məktəblərdə dərslik problemi nə vaxt həll ediləcək? - RƏSMİ
Tədris ilinin başlanması ilə Bakı və regionlarda fəaliyyət göstərən məktəblərdə müəllimlər bəzi dərs vəsaitlərində çatışmazlıq olduğunu bildirirlər.
Dərslərin xeyli zamandır başlanmasına baxmayaraq bu problemin həllini tapmaması etirazlara səbəb olur.
Belə ki, bəzi məktəblərdə müəllimlərin valideynlərə əldə olan dərslikləri öz hesablarına çıxarmalarının tövsiyə edildiyi, bəzi məktəblərdə isə şagirdlərin telefon vasitəsilə kitabların PDF variantından istifadə etmək məcburiyyətində qaldıqları qeyd olunur.
Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, müraciətlər regional təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır:
"Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər. Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər regional təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır".
Qeyd edək ki, bir müddət əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva sentyabr ayının əvvəlində qısa dövr ərzində məktəblərdə dərsliklərin təminatı ilə bağlı problem yarandığını, artıq həmin məsələnin öz həllini tapdığını və dərslik çatışmazlığı ilə bağlı problemin olmadığını bildirmişdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR