Hacı Surxay: "Kimsə yardım üçün 30 manat istəyirsə, vermirsənsə, 300 manat çıxacaq..."
"Cibində 10 manat varsa, bir nəfər də səndən 2-3 manat yardım istəyəndə, biganə qalırsansa, elə bil, bəla sənin evindədir. Üç manat verəcəkdin, bəla səndən uzaqlaşacaqdı, vermədin, 30 manat çıxacaq. Otuz manat istəyirsə, vermirsənsə, 300 manat çıxacaq. Beləcə məsələ böyüyür..."
Bunu din xadimi Hacı Surxay Məmmədli bildirib.
S.Məmmədli bunun açıq şahidi olduğunu qeyd edib: "Xaricdə yaşayan bir tanış məni ziyarətə gəlmişdi. Yola salanda, gördüm, bahalı maşını var. Bir nəfər qadın gəldi, kömək istədi, dedi, uşaq evdə acdı. Məscidlərdə belə şeylər olur. Xanıma dedim, gözləyin, çünki cibimdə pul yox idi. Qonaq dedi ki, hacı, yığışdır bunları, dilənirlər, belə şey olmaz. Dedim, məsciddir, belə adamların gəlməsi normaldır. Dedi, əşşi, Allah istəsəydi, buna da pul verərdi də. Çox narahat oldum. Onu, sonra da qadını yola saldım. İki saat sonra zəng etdi ki, Hacı, avtomobilim tikə-tikə oldu, narkoman, sərxoşun biri maşını məhv etdi. Nə qədər ziyan dəydi... Dedim, yazıqlar olsun, siz qadına 2-3 manat verməklə bəladan qurtulacaqdınız. Bu, reallıqdır, danmaq olmaz. Dərhal telefonu bağladı... Bəlaların nazil olmasına səbəb yardım istəyənə kömək etməməkdir. Məzluma kömək etməyin çox böyük fəziləti var"./Pravda
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4759 Tarix: 30 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr