Mülki müdafiə qoşunlarının hərbi qulluqçusu şəhid Rəşad Şəfiyevin xatirəsi anılıb

Mülki müdafiə qoşunlarının hərbi qulluqçusu şəhid Rəşad Şəfiyevin xatirəsi anılıbVətən müharibəsi zamanı xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Rəşad Şəfiyevin əziz xatirəsi anılıb.

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Mülki müdafiə qoşunlarının əməkdaşları və şəhidin ailə üzvləri əvvəlcə Gəncə Şəhidlər xiyabanı abidəsini, sonra şəhid Rəşad Şəfiyevin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər.

Çıxış edən M.İsmayılov bildirib ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri müharibə dövründə əzmkarlıq nümayiş etdirib, düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində rəşadət göstəriblər. Qeyd edib ki, 2019-cu il iyulun 4-dən FHN-in Mülki müdafiə qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayan Rəşad Şəfiyev işgüzar, məsuliyyətli, vətənpərvər hərbi qulluqçu kimi qısa vaxtda kollektivin hörmətini qazana bilmişdi.

Diqqətə çatdırılıb ki, Şəfiyev Rəşad Vaqif oğlu 1991-ci il oktyabrın 13-də Gəncə şəhərində doğulub. 1997-ci ildə M.P.Vaqif adına 8 nömrəli orta məktəbin 1-ci sinfinə daxil olub, 2007-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirib.

2019-cu ilin iyulundan Fövqəladə Hallar Nazirliyinin "N" saylı hərbi hissəsində xidmətə başlayıb. 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutması zamanı axtarış-xilasetmə çalışmalarında fəal iştirak edib. Həmin il oktyabrın 27-də Bərdənin raket atəşinə tutulmasından sonra oradakı axtarış-xilasetmə işlərinə qatılıb. Oktyabrın 28-də Bərdənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Şəfiyev Rəşad Vaqif oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" (ölümündən sonra) medalı ilə təltif edilib.

Anım mərasimindən sonra şəhidin ailəsi ziyarət olunub./AZƏRTAG
Mülki müdafiə qoşunlarının hərbi qulluqçusu şəhid Rəşad Şəfiyevin xatirəsi anılıbMülki müdafiə qoşunlarının hərbi qulluqçusu şəhid Rəşad Şəfiyevin xatirəsi anılıbMülki müdafiə qoşunlarının hərbi qulluqçusu şəhid Rəşad Şəfiyevin xatirəsi anılıbMülki müdafiə qoşunlarının hərbi qulluqçusu şəhid Rəşad Şəfiyevin xatirəsi anılıbMülki müdafiə qoşunlarının hərbi qulluqçusu şəhid Rəşad Şəfiyevin xatirəsi anılıbMülki müdafiə qoşunlarının hərbi qulluqçusu şəhid Rəşad Şəfiyevin xatirəsi anılıbMülki müdafiə qoşunlarının hərbi qulluqçusu şəhid Rəşad Şəfiyevin xatirəsi anılıb


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1124   Tarix: 30 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr