"Elm və Təhsil Nazirliyinin yaradılmasına baxmayaraq elmə ayrılan vəsait çox cüzidir"
"Büdcədən elm və təhsil sahəsinə ayrılan vəsaitin artırılmasının tərəfdarıyam. Eyni zamanda vəsaitin nəticəyönümlü xərclənməsini istəyirəm. Düşünürəm ki, vəsaitin böyük bir hissəsi ibtidai sinif müəllimlərinin əməkhaqlarının artırılmasına sərf olunacaq".
Bunu Milli Məclisin deputatı Etibar Əliyev bildirib.
Millət vəkili qeyd edib ki, regionlarda məktəblərin köhnə olması, onların maddi-texniki bazasının aşağı olması narahatedicidir:
"Region məktəblərinin yenilənməsi, eyni zamanda mövcud məktəblərin infrastrukturunun yaxşılaşması üçün vəsaitlərin artırılması vacibdir. Məktəblərdə komputer sayı və internetə giriş qaneedici deyil. Bir müddət əvvəl biz Bakı məktəblərinin birində olduq. Orada internetə giriş yox idi. Axı 21-ci əsrdə yaşayırıq. Bu, yolverilməzdir".
Etibar Əliyevin sözlərinə görə, elm və təhsil sahəsinə ayrılan vəsaitin artırılması dövrün tələbidir:
"Artırılan vəsaitin xərclənməsinə ciddi nəzarət edilməlidir. Bunun üçün müəyyən yoxlamalar, qiymətləndirmələr aparılmalıdır. Universitetlərdə professor-müəllim heyətinə və tələbə mobilliyinə geniş yer verilməlidir. Gənc alimlərin Avropa ölkələrində staj keçməsi təşkil edilməlidir. Onlar daha sonra qazandıqları təcrübəni ölkəmizdə tətbiq edəcəklər. Hesablama Palatasının təhsil sahəsində apardığı audit məni qane etmir. Qurum vəsaitin xərclənməsinin nəticəyönümlü olması üçün ciddi audit aparmalıdır.
Onu da qeyd etmək lazımdır ki, Elm və Təhsil Nazirliyinin yaradılmasına baxmayaraq elmə ayrılan vəsait çox cüzidir. Büdcənin 0,1 faizi elmə ayrılıb. Elmin uğurları üçün, elmi nailiyyətlər üçün inkişaf etmiş ölkələr ÜDM-nin 5 faizini elmə ayırır. Bu vəsait texnologiyaların alınması, mütəxəssislərin yetişməsi, məqalələrin çapı üçündür"./Tehsil.biz
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR