Yaşı 45-i keçmiş işə ehtiyacı olan insanlar nə etməlidir? - ARAŞDIRMA

Yaşı 45-i keçmiş işə ehtiyacı olan insanlar nə etməlidir? - ARAŞDIRMAƏmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev deyib ki, Azərbaycanda əmək bazarında işəgötürənlərin tələb etdiyi ortalama yaş 33-dür. Xanımlarda tələb olunan ortalama yaş 30, kişilərdə isə 35-dir. Əmək bazarına yeni daxil olan 20-25 yaş arası şəxslərin isə hər 25 nəfərindən biri iş tapa bilər. 45 yaşdan yuxarı şəxslərin iş tapmaq imkanı da azalır.

Bəs yaşı 45-i keçmiş iş axtaran, işə ehtiyacı olan insanlar nə etsin?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İnsan resursları meneceri Aytən Şıxaliyeva açıqlamasında bildirib ki, əmək bazarında işəgötürənlərin axtardığı namizədlərin yaş ortalamasının 30-35 arası olmasının bir neçə səbəbi var:

"Başlıca səbəb bu yaş aralığında olanların dövrümüzün inkişaf tələblərinə daha tez adaptasiya olmasıdır. Hazırda texnologiya dövrüdür, yeni tendensiyalar, idarəetmə sistemləri və s. meydana gəlir. Bu kimi dəyişiklikləri qəbul və tətbiq etmək ehtiyacı yaranır. Belə hallarda işəgötürənlər əmək bazarındakı rəqibləri ilə ayaqlaşmaq üçün təcrübəsiz olmasına baxmayaraq, öyrənməyə və inkişafa meyilli, yeniliklərə və dəyişikliyə sürətli uyğunlaşan gənc kadrları işə götürərək onları yetişdirməyə üstünlük verirlər. Bu səbəbdən 30-35 yaş ortalaması bazarda üstünlük təşkil edir. Çünki 45-50 yaşlı insanları öyrətmək, təlimə göndərmək, sertifikat əldə etməsini tələb etmək daha çətindir".

Ekspert bildirib ki, yaşı 45 üstü olanların diskriminasiyaya məruz qalmaması üçün onların da zamanın tələbləriylə uyğunlaşması zəruridir:

"Əmək bazarındakı vəziyyət də təsdiq edir ki, indi yalnız ali təhsillə kifayətlənmək düzgün deyil. Daim özlərini inkişaf etdirmək, yenilənən biliklərdən xəbərdar olmaq, ehtiyac varsa, dövrə uyğun ixtisas artırmalara getməklə bu vəziyyəti fürsətə çevirə bilərlər. Çünki əmək bazarında təcrübəli və inkişafa meyilli kadrlara ehtiyac çoxdur".

A.Şıxaliyevanın sözlərinə görə, cinsə görə diskriminasiya qanunla da yolverilməzdir:

"Lakin bir çox iş elanlarında da qeyd olunduğu kimi bəzi sahələrdə qadın işçilərə üstünlük verilir. İşəgötürənlərin ön ofis siması olaraq və ya satış nümayəndəsi, zəng mərkəzi çalışanlarının daha çox qadınlardan seçilməsi və s. bu kimi hallara üstünlük verməsi onların şirkətə daha çox gəlir gətirməsi ilə əlaqədardır".

İnsan resursları üzrə mütəxəssis Abid Səmədovun fikrincə, 40-45 yaş üstü insanların əsas problemlərindən biri onların dövrün tələblərinə uyğun bilik-bacarıqlara malik olmamaları, həmçinin öz üzərlərində də işləməmələridir:

"Artıq dövrün tələbləri çox fərqlidir. İndi müxtəlif dil bilikləri, informasiya texnologiyaları sahəsindəki bacarıqlar tələb olunur. Artıq sadəcə Microsoft Word, Excel proqramlarını yaxşı bilmək kifayət etmir".

A.Səmədovun fikrincə, yaşlı insanlar yenilikləri izləmirlər:

"Bir çoxunun CV ilə bağlı anlayışları yoxdur. "Linkedin" adlanan peşəkar bir platforma var. İşəgötürənlər onun olub-olmamasına da diqqət edirlər. Bir çoxunun heç e-mail ünvanı yoxdur və ya nə olduğunu belə bilmirlər, sosial şəbəkələrdə aktiv deyillər. Bütün bunlar həmin insanların iş tapmasına maneçilik törədir. Dövrün ən güclü iş tapmaya kömək edən silahlarından biri şəbəkələşmə, ətrafın genişləndirilməsi, daha çox tanışlıqlar olmasıdır".

Mütəxəssisin sözlərinə görə, gənc nəsil fərqlidir:

"Onlar artıq universitet vaxtlarından bu bilik və bacarıqlara yiyələnirlər. Həmçinin həm yerli, həm də xarici şirkətlərdə, dövlət qurumlarında gənclərin yetişdirilməsi ilə bağlı xüsusi proqramlar var. Gənclər bu proqramlardan məzun olurlar, yəni işin daxilində yetişirlər. Ona görə də yaşlı insanlardan bir neçə addım qabaqda olurlar. Gənclərə daha çox üstünlük verilməsinin bir səbəbi də maaş məsələsidir. Gənclər, yeni məzunlar, bir neçə il iş təcrübəsi olanlar az əmək haqqına da qane olurlar. Çünki onlar subaydır, ailəsi qarşısında maddi məsuliyyəti yoxdur. Ona görə onlar daha aşağı maaşla işə başlayıb, sonra karyeralarında yüksələ bilirlər. Amma 40-45 yaşlı insanlar müəyyən bir məbləğdə əmək haqqından aşağı olan təklifləri geri çevirirlər. Çünki onların ailələri, maddi məsuliyyətləri olur".

A.Səmədov bildirib ki, insanlar öz üzərində işləməli, dövrün tələblərinə uyğun bilik-bacarıqlara sahib olmalıdır:

"Müəyyən bilik və bacarıqlara sahib olmaq üçün yenidən təhsil alsınlar, kurslara getsinlər, proqramlara qoşulsunlar. Amma bizim cəmiyyətimizdə insanlar bir müddət sonra deyir ki, "yaşım keçib, artıq təhsil ala bilmərəm". Amma bu, yaş məsələsi deyil. Yaşın heç bir fərqi yoxdur. Avropa ölkələrinə baxsanız, orada yaşlı insanların da bir çox yerlərdə, əsasən də xidmət sektorunda işlədiyini görə bilərsiniz".

Ekspertin fikrincə, xanımlar özlərinə kişilərdən yaxşı baxır:

"Xanımların 40-45 yaşda iş tapmasının səbəbi onların özlərinə daha çox diqqət etməsidir. Yaşlarından daha gənc görünürlər, bəzi xidmət sahələrində onlara tələb var. Ona görə bir az daha rahat iş tapa bilirlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1652   Tarix: 31 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr