Dəhşətli qəzada ölənlər şəhidin qardaşı ilə jurnalistin oğlu imiş
İki gün əvvəl Yevlaxda baş vermiş ağır qəzada xəsarət alan azyaşlılar Bakıda xəstəxanaya yerləşdirilib.
Yevlax Rayon İcra Hakimiyyətindən "Qafqazinfo"ya bildirilib ki, Vətən Müharibəsi şəhidi Elçin Mirzəyevin qardaşı Həsən Mirzəyevin idarə etdiyi avtomobilin qəzaya uğraması səbəbindən xəsarət alan sürücünün övladları paytaxta göndərilib.
Bildirilib ki, qəzada şəhidin 41 yaşlı qardaşı və onun sərnişini olan 44 yaşlı Rüfət Həmidov hadisə yerində vəfat edib. Rüfət Həmidov Yevlaxda fəaliyyət göstərən "Kür" qəzetinin jurnalisti Ramiz Həmidovun oğludur.
Dəhşətli yol qəzası Yevlax şəhəri Ceyhun Mustafayev küçəsində baş verib. H.Mirzəyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobil Şəhidlər Xiyabanının hasarına çırpılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə iştirak edən Elçin Mirzəyev 2020-ci ilin oktyabrın 10-da Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Nəşi 3 gün sonra Yevlax şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra Elçin 3 medalla "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1700 Tarix: 31 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr