Azərbaycan sərhədini pozan 55 nəfər saxlanılıb - FOTO

Azərbaycan sərhədini pozan 55 nəfər saxlanılıb - FOTOÖtən ay Azərbaycan sərhədini pozan 55 nəfər saxlanılıb.

Bu barədə Sonxeber.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib k, DSX tərəfindən 2022-ci ilin sentyabr ayı ərzində dövlət sərhədini pоzduqlarına görə saxlanılanların 34 nəfəri Azərbaycan, 3 Nepal, 2 Tacikistan, 1 Fələstin, 1 Pakistan, 2 İran İslam Respublikası, 2 Pakistan, 5 Əfqan, 1 Suriya və 4 Şri-Lanka vətəndaşları оlublar.

Qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində saxtalaşdırılmış pasport, Şengen vizaları və tarix möhürləri ilə 30 nəfər dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıblar.

Sərhədboyu rejim qaydalarını pozduqlarına görə 25 nəfər, sərhəd rеjim qaydalarını pоzduqlarına görə isə 678 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycan Rеs­publikası hüquq-mühafizə оrqanları tərəfindən axta­rışda оlan 234 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib. Ölkədən çıxışı qadağan olan 420 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 24 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 39 kq 36 qram narkоtik vasitə, 759 ədəd psixotrop həblər aşkarlanaraq götürül­üb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təq­ribən 937 min 318 manat оlan qaçaqmal, о cümlədən spirtli içki və tütün məmulatları saxlanılıb.

Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqa­mətində tədbirlər davam еtdirilir.
Azərbaycan sərhədini pozan 55 nəfər saxlanılıb - FOTOAzərbaycan sərhədini pozan 55 nəfər saxlanılıb - FOTOAzərbaycan sərhədini pozan 55 nəfər saxlanılıb - FOTOAzərbaycan sərhədini pozan 55 nəfər saxlanılıb - FOTOAzərbaycan sərhədini pozan 55 nəfər saxlanılıb - FOTOAzərbaycan sərhədini pozan 55 nəfər saxlanılıb - FOTOAzərbaycan sərhədini pozan 55 nəfər saxlanılıb - FOTOAzərbaycan sərhədini pozan 55 nəfər saxlanılıb - FOTOAzərbaycan sərhədini pozan 55 nəfər saxlanılıb - FOTOAzərbaycan sərhədini pozan 55 nəfər saxlanılıb - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1329   Tarix: 01 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr