Rasim Balayev: "Adamın əti tökülür, sifətlərini itiriblər" - VİDEO
"Sənətləri ilə məşğul olsunlar. Öz üzərlərində çalışsınlar. Bir uğurlu roldan sonra rahat dayanmasınlar. Bilsinlər ki, daim inkişaf etmək lazımdır. Yadımdadır, biz elə işləyirdik ki, lazımsız sözlərə vaxtımız olmurdu. Biz ancaq bir-birimizə kömək edirdik. Yaxşı filmlərə baxıb oradan öyrənirdik".
BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev "Space maqazin"ə açıqlamasında deyib. Aktyor efirlərdə qalmaqalla gündəmə gələn aktrisaları qınayıb. Balayev onlara sənətlə məşğul olmalarını məsləhət görüb:
"Sənətinizlə məşğul olun. Neynirsiniz? Bir-birinizin şəxsiyyətini alçaldırsınız. Bir-birinizi biabır edirsiniz. Olmaz. Mən bunun tərəfdarı deyiləm. Çox təəssüf... Bizim vaxtımızda hamı bir-birinə o qədər səmimi yanaşırdı ki... Bunlar isə elə söhbətlər edirlər, elə mövzulardan danışırlar ki, adamın əti tökülür. Belə şeylərdən xoşum gəlmir. Öz sifətlərini itiriblər. Dodağı buradan sallanır. Üzü belədir. Bu nəyə lazımdır? Allah sənə nə veribsə, o olmalıdır".
Qeyd edək ki, bir müddət əvvəl aktrisa Nəzakət Məmmədova ilə həmkarı Çimnaz Sultanova arasında qalmaqal yaşanıb. Onlar efirdə bir-birlərini təhqir ediblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1750 Tarix: 01 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr