"İndi Azərbaycan-Ermənistan arasında daimi sülh əldə etmək zamanıdır" - Qaro Paylan
Türkiyə Böyük Millət Məclisinin milliyətcə erməni deputatı Qaro Paylanın Ermənistana səfəri başa çatıb. O, səfər zamanı Azərbaycan-Ermənistan-Türkiyə üçün sülh mesajları verib.
Sonxeber.az xəbər ki, deputat bu barədə öz "Twitter" hesabında paylaşım edib.
"Ağrı dağının bu tərəfindən digər tərəfinə qayıdıram. İndi Türkiyə-Ermənistan sərhədini açıb Azərbaycan-Ermənistan arasında daimi sülh əldə etmək zamanıdır. Müharibələrdə hamımız birlikdə məğlub olduq. Daimi sülh üçün birlikdə məsuliyyət götürək, birlikdə qalib gələk" ,- deyə deputat qeyd edib.
Qeyd edək ki, Qaro Paylan parlamentdə Diyarbəkiri təmsil edən millət vəkilidir.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1188 Tarix: 02 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabr