Sayca 186-cı "Açıq mikrofon" aksiyası Goranboyda baş tutdu
"Şəhid anası olaraq övladımın Goranboy rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinin qazlaşdırılmasında köməklik etməyinizi sizdən xahiş edirəm."
Bu sözləri şəhid anası Səadət Tağıyeva Goranboy rayonunda baş tutan "Açıq mikrofon" aksiyasında bildirib. Daxil olan müraciətlə bağlı SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional qaz istismarı İdarəsinin rəisi Taleh Şamradov bildirib ki, bu cür həssas əhali kateqoriyasına aid olan müraciətlərə SOCAR rəhbərliyinin tapşırığı ilə xüsusi diqqətlə yanaşılır. Ünvanlanan müraciətin həlli üçün lazımi sənədlər təqdim olunduqdan sonra işin icrasına başlanılacaq. Rayonun Nizami kəndindən aksiyaya üz tutan Mənsurə Babakişiyeva isə fərdi yaşayış evində 2-ci sayğacın quraşdırılmasını xahiş edib.
Görüşdə qapı keçidinin quraşdırılması ilə bağlı Rəna Əliyeva müraciət edib. Digər şəhid ailəsi üzvü Tacirə Məmmədova isə qaz xəttinin yerinin dəyişdirilməsini xahiş edib.
Birliyin məsul şəxsləri görüş zamanı səsləndirilən bütün müraciətlərlə bağlı hər bir vətəndaşa lazımi izahat veriblər.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 824 Tarix: 02 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrXankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr