Soçi görüşü Azərbaycanın maraqlarına uyğun formada reallaşdı

Soçi görüşü Azərbaycanın maraqlarına uyğun formada reallaşdıOktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü əsasında Soçidə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən növbəti üçtərəfli görüşün yekunları bir daha təsdiq etdi ki, məğlub ölkənin hansı təklif səsləndirməsindən asılı olmayaraq sülh gündəliyini Azərbaycan müəyyənləşdirir.
Bu görüş ilk növbədə bir reallığı da hər kəsə bəyan etdi - qalib komandan İlham Əliyev danışıqlar masasına bir şərtlə oturur ki, nəticədə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn prinsipləri prioritet tutulmaqla razılıq əldə edilsin.
Azərbaycan Prezidenti qətiyyətli mövqeyini elə üçtərəfli görüşdən öncə Vladimir Putinlə keçirilən təkbətək görüşdə ortaya qoydu. Qalib komandan bir daha bəyan etdi ki, Qarabağ münaqişəsi iki il əvvəl bitib və bu istiqamətdə hər hansı bir müzakirə aparmaq mənasızdır. İndi qarşıda duran əsas məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır.
Görüşün yekununda imzalanan bəyanatda da Azərbaycanın maraqlarına uyğun məsələlər öz əksini tapdı. Soçi Bəyanatı sülh gündəliyini qalib komandanın müəyyənləşdirdiyini bir daha təsdiqlədi. Sənədə əsasən tərəflər regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğulayıblar. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılaşıblar. Rusiya Federasiyası isə buna hər vasitə ilə köməklik göstərəcəyini təsdiqləyib.
Bəyanatda Azərbaycanın maraqlarına uyğun digər bir məsələ də öz əksini tapıb. Belə ki, tərəflər güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri suverenliyin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəliblər. Soçidə imzalanan Bəyanata əsasən, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdı və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Bu, faktiki olaraq o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini də tanımış oldu. Soçi Bəyannaməsi də bir daha təsdiq etdi ki, sülh sazişi beynəlxalq hüquq və normalara sadiqlik və eyni zamanda Azərbaycanın irəli sürdüyü 5 əsas prinsipin qəbul olunması şərti ilə imzalana bilər.
Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində bu ölkənin lideri Vladimir Putinlə təkbətək, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşün nəticəsi dövlətimizin başçısının hər zaman olduğu kimi milli maraqlarımızın təmin olunması istiqamətində həyata keçirdiyi qətiyyətli siyasətin növbəti uğuru kimi qiymətləndirilməlidir. Həm Rusiya Prezidenti Vladimir Putinin, həm də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində müəyyən irəliləyişlərin olduğu görünməkdədir.
Beləliklə, Soçi görüşü Azərbaycanın diplomatik müstəvidə növbəti uğuru kimi yadda qaldı. Aparılan bütün sülh danışıqları prosesində reallıq budur ki, Müzəffər Ali Baş Komandanın hərb meydanında tarixi qələbəsi xarici siyasətdə də öz davamını göstərməkdədir. Bu həm də o deməkdir ki, İlham Əliyevin ölkəmizin milli maraqlarına uyğun yürütdüyü mükəmməl daxili və xarici siyasət kursu Azərbaycanın bütün müstəvilərdə uğurunun təminatçısıdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1025   Tarix: 03 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr