Soçi görüşündə tarixi ədalətin bərpasına mühüm addımlar atıldı

Soçi görüşündə tarixi ədalətin bərpasına mühüm addımlar atıldıOktyabrın 31-də keçirilən Soçi görüşü Azərbaycan diplomatiyasının yeni uğuru oldu. Soçi görüşü bir daha təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib prosesdəki mövqeyini qoruyub saxlaya bilir. Azərbaycan diplomatiyasının gücü hər zaman öz təstiqini tapır. Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində göstərdiyi təşəbbüslərdən sonra Rusiyanın bu istiqamətdə cəhdlərinin daha da kəskinləşdiyi müşahidə olunur. Bu anlaşılandır, yəni sanki Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçilik uğrunda Avropa İttifaqı-Rusiya yarışı hiss olunur. Azərbaycan 2020-ci ilin 10 noyabrında imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə sadiqdir və öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirir. Gələcəkdə də yerinə yetirəcək.
Ermənistan tərəfi isə hələlik bəzi məsələlərdə öz üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa çalışır. İlham Əliyevin də qeyd etdiyi kimi - "Qarabağ münaqişəsi artıq tarixdədir, iki il əvvəl artıq həll olunub və praktiki olaraq, bu baxımdan müzakirəsi olunası bir şey yoxdur, amma Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sözsüz ki, ciddi addımlar tələb edən formatdır və biz Rusiyanın bu sahədə töhfəsini, bu məqsədə çatmaqda rolunu səbirsizliklə gözləyirik".
Bundan əlavə Azərbaycan hər zaman öz haqlı mövqeyini sonuna qədər müdafiə edib. Prezident İlham Əliyev Vladimir Putinlə görüşdə qeyd etdi ki, Qarabağ münaqişəsi artıq iki il bundan öncə başa çatıb və üçtərəfli bəyanat imzalanıb. İndi isə yalnız iki ölkə arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiya və demarkasiyası məsələsi müzakirə edilə bilər. Soçi görüşü hazırki beynəlxalq münasibətlər sistemindəki problemlərin müzakirəsi, regional müstəvidə əməkdaşlıq və digər cari məsələlərlə bağlı mühüm əhəmiyyət kəsb edib. Hər iki dövlətin geosiyasi arealda öz maraqları və ambisiyaları mövcuddur. Görüşün əks etdirdiyi reallıqlardan biri də budur ki, Azərbaycan milli maraqlara əsaslanan, regional təhlükəsizliyə və əməkdaşlığa xidmət edən strateji məqsədlərini reallaşdırmağa davam edir.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1114   Tarix: 03 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr