"Twitter"də baxılacaq videoya görə ödəniş sistemi gəlir
İlon Mask "Twitter" monetizasiyası üçün yol axtarmağa davam edir.
"Twitter" yeni funksiya işə salmağa hazırlaşır. Belə ki, istifadəçilər artıq yerləşdirdikləri videoya baxmağa görə ödəniş istəyə biləcəklər. "Paywalled Video" adlanan funksiyada istifadəçilər baxış üçün 1, 2, 5 və 10 dollar məbləğ təyin edə biləcəklər. Müəllifin "Stripe" elektron ödəniş sistemi vasitəsilə pul alacağı, məbləğin bir hissəsinin "Twitter"ə keçəcəyi bildirilir. Xidmətin komissiya haqqının nə qədər olacağı hələ bəlli deyil.
Mənbənin məlumatına görə, "Twitter" əməkdaşları potensial müəllif hüquqları problemlərindən narahatdırlar. Bundan başqa hansı videoların pulla yayımlana biləcəyi və onların necə moderasiya olunacağını heç kim dəqiq bilmir.
Ola bilər ki, "Paywalled Video" 2016-cı ildə bağlanan "Twitter Vine"nın bir hissəsi olacaq.
Xatırladaq ki, milyarder bu funksiyanın yenidən bərpası ilə bağlı sorğu keçirib. Bundan başqa sahibkar "Twitter" hesabının verifikasiyası prosesinin tam şəkildə yenidən qurulduğunu elan edib, təsdiqlənmiş səhifələrin sahibləri üçün rüsumu 4,99 dollardan 19,99 dollara artırmağa hazırlaşdığını bildirib. Bu bir çox istifadəçilərin narazılığına səbəb olub. Məşhur yazıçı Stiven Kinqin etirazından sonra isə Mask sövdələşmə təklif edərək 8 dollara razılşamağı təklif edib./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1102 Tarix: 03 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu
14 oktyabrABŞ Rusiyanın bəzi aktivlərinin dondurulmasını ləğv etməyi təklif edir
ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uittok və iş adamı Cared Kuşner Aİ nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasının qismən aradan qaldırılmasını təklif ediblər. Onların fikrincə, bu addım Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesinin yenidən başlamasına kömək etməlidir. xəbər verir ki, b
15 oktyabrİrana qarşı yeni sanksiyalar elan etdilər
ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 16 şəxs və 10 qurumu sanksiya siyahısına daxil edib. Məhdudiyyətlərin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa yönəldiyi bildirilib. Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasına görə, "İqtisadi Təcrid Əməliyyatı" çərçivəsind
16 oktyabrSibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua
15 oktyabrZelenski: Ukrayna Rusiyanın neft emalı zavodlarına tətilləri bərpa edir
Ukrayna üç günlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri bərpa edir. xəbər verir ki, Prezident Volodymyr Zelensky Financial Times qəzetinə verdiyi açıqlamada bildirib ki, "Embarqo qaldırılıb. Artıq kifayətdir". O bildirib ki, Kiyev ABŞ prezidenti Donald Trampın tələb
15 oktyabrYaponiya Rusiyanın casusluq iddialarını rədd etdi
Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib. xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press"in məlumatına görə, "Hokkayd
15 oktyabr