Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxdılar - FOTO

Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxdılar - FOTOBöyük Britaniya Şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl ölkəyə qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimai tədbirdə iştirak ediblər.

Bizim.Media BBC-yə istinadla xəbər verir ki, Sasseks hersoqu və hersoginyası İngiltərənin Nottingem şəhərinə səfər ediblər.

Cütlük şəhərdə yüzlərlə insan tərəfindən alqışlarla qarşılanıb. Səfər çərçivəsində onların ilk dayanacağı "Community Recording Studio" (CRS) xeyriyyə təşkilatı olub. Şahzadə Harri uzun illərdir gənclərin yaradıcılıq və inkişaf imkanlarını dəstəkləyən bu təşkilatla əməkdaşlıq edir.

Cütlüyün gün ərzində daha iki təşkilata baş çəkməsi nəzərdə tutulub. Bunlar aztəminatlı ailələrə ərzaq yardımı göstərən "Himmah Hub" və gənclərin idman, təhsil və mentorluq proqramlarına çıxışını dəstəkləyən "Epic Partners" təşkilatlarıdır. Səfər zamanı Harri və Meqan onları qarşılamağa gələn insanlarla söhbət edib, xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, 2020-ci ildə kral ailəsinin yüksəkvəzifəli üzvləri kimi fəaliyyətlərini dayandıraraq ABŞ-a köçən Harri və Meqan 2026-cı ilin avqustunda yenidən Böyük Britaniyaya qayıdıblar. Bununla belə, onların hazırkı ictimai fəaliyyətləri kral ailəsinin rəsmi tədbirləri hesab edilmir.
Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxdılar - FOTOBritaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxdılar - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 420   Tarix: 15 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İraqda 60-dan çox məktəbli boğulma əlamətləri ilə xəstəxanaya aparılıb

İraqın Meysan əyalətindəki Əz-Zəhra Hazırlıq Məktəbindən 61 qız şagird boğulma əlamətləri ilə xəstəxanaya aparılıb. xəbər verir ki, bu barədə "İNA" agentliyi məlumat yayıb. Məlumata əsasən, hadisənin səbəbi yaxınlıqdakı müəssisələrdən birində baş verən xlor sızması olub. Qeyd edək ki, həmi

11 noyabr
.

Afrika İspaniya və Portuqaliyanı hərəkətə gətirir - Yer qabığında qeyri-adi dəyişiklik

İspaniya və Portuqaliyanın yerləşdiyi Pireney yarımadası Afrikanın tektonik plitəsinin təsiri ilə saat əqrəbi istiqamətində yavaş-yavaş fırlanır. Bu hərəkət ildə cəmi bir neçə millimetr təşkil etsə də, alimlərin fikrincə, regionun geoloji quruluşunda mühüm dəyişikliklərə səbəb olur. Qaynarinfo xəbə

11 noyabr
.

ABŞ və Çin Sİ bağlı insidentlər barədə xəbərdarlıq üçün birbaşa əlaqə kanalı yaradır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyaları sahəsində baş verə biləcək insidentlər barədə operativ məlumat mübadiləsi aparmaq üçün birbaşa əlaqə kanalı yaradır. xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent noyabrın 10-da bəyan edib. "ABŞ Prezidenti Donald Trampın tapşırığı il

11 noyabr
.

Niderland hökuməti fikir ayrılıqlarına görə istefaya gedə bilər

Niderland hökuməti vergi islahatları məsələsində hakim koalisiya iştirakçıları arasında yaranan fikir ayrılıqları və parlamentdə lazımi dəstəyin olmaması səbəbindən yaxın vaxtlarda istefa verə bilər. "Report" xəbər verir ki, bu barədə hökumət mənbələrinə istinadən "NRC" qəzeti məluma

11 noyabr
.

ABŞ-da nəhəng gəminin batırılması turizm layihəsinə çevrilir

Florida sahillərində batırılan "SS United States" gəmisinin ətrafında yeni turizm məkanı yaradılması planlaşdırılır. Layihə çərçivəsində gəminin sualtı hissəsinin dalğıclar üçün əlçatan olması və ərazidə dəniz turizminin inkişaf etdirilməsi nəzərdə tutulur. Associated Press-ə istinadən xəbə

12 noyabr
.

İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb

İzmirin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Fabrikində baş verən güclü partlayış nəticəsində həyatını itirən işçilərin sayı 18-ə yüksəlib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Türkiyənin ədliyyə nazirinin müavini Can Tuncay bildirib ki, bir işçinin meyitini hələ d

10 noyabr
.

Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?

Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı

11 noyabr
.

Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi

Səudiyyə Ərəbistanında nikahdan kənar uşaq dünyaya gətirən Keniya vətəndaşı 100 şallaq zərbəsi cəzasına məhkum edilib. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Məlumata görə, Ester Vancə Mutoni Səudiyyə Ərəbistanında ev işçisi və dayə kimi çalışıb. O, Misir vətəndaş

11 noyabr
.

Vitkov və Kuşner Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlirlər

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Vitkoff Moskvaya gəliblər. xəbər verir ki, onları Vnukovo hava limanında Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriye

12 noyabr