Putin Ərdoğana nüvə silahı ilə bağlı söz verdi
Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı baş tutub.
Danışıq zamanı Putin Ərdoğanı əmin edib ki, Ukraynada nüvə silahından istifadə etmək barədə planı yoxdur.
Bu barədə Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Kalın məlumat verib.
Kalın həmçinin xatırladıb ki, Ərdoğan ötən ildən rusiyalı həmkarı ilə müntəzəm olaraq danışıqlar aparır və hər iki tərəfə eskalasiyanı mümkün qədər azaltmağı təklif edir.
İbrahim Kalının sözlərinə görə, hazırda cəbhədə heç bir irəliləyiş yoxdur. Həmçinin tərəflərdən heç biri bu müharibədə qalib kimi görünmür.
Kalın qeyd edib ki, Ankara hər iki tərəfi danışıqlara qayıtmağa dəvət etmək niyyətindədir. Eyni zamanda, bu müddət ərzində qurbanların sayının artması və ərazilərin itirilməsi ehtimalını da tərəflərə bildirməyi nəzərdə tutur.
Bundan əvvəl "New York Times" ABŞ rəsmilərinə istinadən yazmışdı ki, Rusiya rəhbərliyi Ukraynada nüvə silahından istifadəni müzakirə edib. Bu söhbətlər barədə məlumat ABŞ hökuməti daxilində oktyabrın ortalarında yayılmışdı. Putinin isə bu müzakirələrdə iştirak etmədiyi bildirilmişdi. /Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2309 Tarix: 03 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu
14 oktyabrABŞ Rusiyanın bəzi aktivlərinin dondurulmasını ləğv etməyi təklif edir
ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uittok və iş adamı Cared Kuşner Aİ nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasının qismən aradan qaldırılmasını təklif ediblər. Onların fikrincə, bu addım Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesinin yenidən başlamasına kömək etməlidir. xəbər verir ki, b
15 oktyabrİrana qarşı yeni sanksiyalar elan etdilər
ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 16 şəxs və 10 qurumu sanksiya siyahısına daxil edib. Məhdudiyyətlərin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa yönəldiyi bildirilib. Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasına görə, "İqtisadi Təcrid Əməliyyatı" çərçivəsind
16 oktyabrSibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua
15 oktyabrZelenski: Ukrayna Rusiyanın neft emalı zavodlarına tətilləri bərpa edir
Ukrayna üç günlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri bərpa edir. xəbər verir ki, Prezident Volodymyr Zelensky Financial Times qəzetinə verdiyi açıqlamada bildirib ki, "Embarqo qaldırılıb. Artıq kifayətdir". O bildirib ki, Kiyev ABŞ prezidenti Donald Trampın tələb
15 oktyabrYaponiya Rusiyanın casusluq iddialarını rədd etdi
Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib. xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press"in məlumatına görə, "Hokkayd
15 oktyabr