BDU tələbələrindən Zəfər trendi
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 4-cü kurs tələbələri Vətən müharibəsinin iki illiyi münasibətilə sosial şəbəkələrdə Zəfər trendi formalaşdıracaq.
Marafonun məqsədi "Gəncliyin Zəfər sədası" adlı vahid şəbəkə yaratmaq, onun vasitəsilə şəhid və qazilərin əzmi nəticəsində əldə olunan 44 günlük müharibəni həm respublika daxilində, həm də dünya miqyasında geniş təbliğ etmək və unutdurmamaqdır.
Layihəyə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professor və müəllim heyəti rəhbərlik edir. Marafon üzvləri sosial şəbəkə ( Tvitter, İnstaqram, Feysbuk ) üzərindən konkret həşteqlərlə müxtəlif ölkələrin gündəminə düşüb, dünyaya Azərbaycanın qələbə səsini çatdırmağa çalışacaq.
Noyabrın 6, 7, 8-i tarixlərində platformanın üzvləri həmrəylik sərgiləyərək sosial şəbəkələrdə aşağıdakı həşteqlərlə paylaşımlar edəcək:
1. #Zəfərinamdanbaşlayır
2. #Zəfərfədakarlıqlaqazanılır
3. #Zəfərqorumaqlayaşadılır
Platformanın üzvləri bütün gəncləri sosial şəbəkələrdə fəallıq göstərməyə çağırır.
Gənclərin təşəbbüsü ilə təşkil edilən 3 günlük onlayn marafonun böyük maraq doğuracağı düşünülür.
Sosial şəbəkələrin ingilis dili istifadəçiləri üçün aşağıdakı həşteqlərin əlavə edilməsi tövsiyə olunur:
#victoriousAzerbaijan
#Victoryday
#Trustinvictory
#Sacrifaceforvictory
#KarabakhisAzerbaijan
#8novemberisvictoryday
#VictorydayofAzerbaijan
#ShushaisAzerbaijan
#Azerbaijanitruths
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR