Fazil Məmmədov nə qədər sərvət qoyub getdi?

Fazil Məmmədov nə qədər sərvət qoyub getdi?Bu gün Azərbaycanın sabiq naziri Fazil Məmmədov vəfat edib.

Axar.az xəbər verir ki, Fazil Məmmədov çox gənc yaşlarından müxtəlif vəzifələr tutub.

O, hələ 29 yaşında ikən Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyinat almışdı. 35 yaşında Dövlət Vergi Müfəttişliyinə, 36 yaşından yeni yaradılan Vergilər Nazirliyinə rəhbər təyin edilmişdi.

Fazil Məmmədov 17 il nazir vəzifəsi daşımışdı.

Fazil Məmmədovun nazir fəaliyyəti dövründə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaiti büdcədən yayındıraraq ofşorlara yönləndirdiyi barədə xəbərlər yayılmışdı. Həmin xəbərlər bu günə qədər təkzib edilməyib.

Bundan başqa, Məmmədova aid olduğu bildirilən "Sinerji Qrup MMC" şirkətlər qrupuna rəsmi olaraq 30 şirkət daxil idi. Şəmkirdə yerləşən "Excelsior Hotel Şəmkir", "AzAqro" qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, "Zəka" Gənclər Mərkəzi kimi bəzi şirkətlər "Sinerji Qrup MMC"nin tərkibində idi. "Şəmkir-Quşçuluq" MMC, 200-ə yaxın istixana, "Zəyəmkəndmaş" zavodu, "Şəmkir Ət-süd" MMC, "Yalta Meşə Ailəvi İstirahət Mərkəzi", "Şəmkir səbəti" hipermarketi və bir çox şirkət və obyektlər də keçmiş nazirə məxsus idi.

İddialara görə, Şəmkir rayonunda salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinmişdi. Faktiki isə parkda görülən işlərin dəyəri 8 milyon manatdan da az olmuşdu. Bu xəbərlər də indiyədək təkzib edilməyib.

Vəzifədə olarkən sabiq nazirin kurasiyasında bir neçə rayon vardı. Bu rayonlar Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonlarıdır. Gədəbəydə "Eldorado" hoteli, "Narzan" istirahət zonasındakı istirahət mərkəzlərinin və rayondakı bir çox obyektlərin də F.Məmmədova aid olduğu deyilirdi.

Fazil Məmmədovun Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf etdiyi də iddia edilir ki, onlardan da biri Ukraynadır.

Onun Kiyevdə 5 ulduzlu "11 Mirros Dizayn" hoteli, siqaret, təkər zavodu və "Vladimirski" adlı böyük bazarı var. Kiyevdəki "Vladimirski" bazarı sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Bu bazar Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdədir.

Sabiq nazir Ukraynanın kurort şəhəri Truskovetsdə "Mir" adlı olduqca lüks hotelə sahib idi.

Hazırda Ukraynada müharibə gedir və mərhum nazirin bu ölkədəki biznesinin taleyi bəlli deyil.

Rusiyada isə "Treydhaus Kaspian Kost Vayneri end Vaynyards" MMC adlı şirkəti fəaliyyət göstərirdi.

Məmmədovun nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi barədə də mətbuatda yazılar dərc olundu.

Bildirilirdi ki, nazir postunda ikən F.Məmmədov Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri başqa şəxslərin adına keçirməklə əlindən çıxarılmasını önləməyə çalışıb.

2021-ci ildə isə Fazil Məmmədovun kürəkəni Əbdül Əliyevin 100 milyon manata Londonda bir neçə mülk aldığı barədə məlumat yayıldı. Həmin xəbərə sənədlər də əlavə edilmişdi.

Əbdül Əliyev Nottingem şəhərinin mərkəzində də dəyəri 1,5 milyon funt sterlinq olan binanı (Long Rov küçəsi 50, 51 və 52) satın almışdı. Britaniya paytaxtının Ledbrouk Qrov 131 və Ledbrouk Kressent 25A ünvanlarında 1 milyon funt-sterlinq dəyərləndirilən iki binanı aldığı deyilirdi.

Fazil Məmmədovun səhhətində hələ vəzifədə ikən problemlər yarandığı haqda da bilgilər var. Bəzi məlumatlara görə, mədəaltı vəzi xərçəngindən əziyyət çəkən nazir həftələrlə işə gəlmirdi.

Onun xaricdə müalicə alması xəbərləri isə vəzifədən azad edildikdən sonra üzə çıxdı. Belə ki, nazirin ölkə daxilində özünə aid olduğu bildirilən xəstəxanalarda və Türkiyədə müalicə aldığı haqda görüntülər də yayıldı.

F.Məmmədovun vəzifədən çıxması ilə qeyri-leqal biznesində problemlər də yaranmışdı. Hətta oğluna məxsus şirkətin dövlətə olan vergi borcunu ödəyə bilmədiyi də bəlli olmuşdu.

Yeri gəlmişkən qeyd edək ki, F.Məmmədovun kürəkəni Xaləddin İsgəndərov uzun illər Binəqədi rayonunun icra başçısı olub. X.İsgəndərov özü və ailəsinin çoxsaylı mühafizə ilə gəzdiyi, var-dövləti ilə fəxr etdiyi və özbaşınalığı dillər əzbəri idi. Hətta Binəqədi rayonu ərazisində böyük faciəyə səbəb olan bina yanğını zamanı onun "Vertu" ilə performansları, faciədən qətiyyən təsirlənməməsi də ictimaiyyətdə tənqidlərə səbəb olmuşdu.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1976   Tarix: 04 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr