Gələn ildən tələbə təqaüdləri 20 % artırılacaq
"Müharibə veteranlarına verilən müavinətlərin indeksləşdirilməsi və ya artırılması daimi olaraq Azərbayan hökumətinin qarşısında duran prioritet məsələlərdən biridir".
"Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı səslənən təkliflərə cavab olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
"Müharibə əlillərini, şəhid ailələri, müharibə iştirakçılarına dəstək verilir. Bununla bağlı 2019-cu ildəki məbləğ təxminən 40 % artırıldı və indiki məbləğə bərabər oldu. Hazırda bizdə 170 minin üzərində müharibə veteranı var. Onlar üçün çoxsaylı müxtəlif proqramlar etmişik və bunun da davamı gələcək", - deyə nazir qeyd edib.
Sahil Babayev əlavə edib ki, ötən dövr ərzində 21 min müharibə iştirakçısı və əlili 8800 özünəməşğul proqramına cəlb olunub: "7000-i isə məşğulluq marafonu və müxtəlif alətlər vasitəsilə işlə təmin olunub və bu sahədə onlara göstərilən diqqət daimi olacaq".
Nazirin sözlərinə görə, Azərbaycanda tələbə təqaüdləri gələn ildən etibarən orta hesabla 20 % artırılacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1357 Tarix: 04 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabr