"Səyyar qəbul otağı" növbəti dəfə Mingəçevir şəhərində quruldu
"SOCAR "Azəriqaz" İstehsalat Birliyinin bölgələrdə keçirdiyi "Açıq mikrofon" aksiyasının məqsədi sakinlərin qaz təchizatında üzləşdiyi problemlərin həlli və digər məsələlərlə bağlı müraciətlərinin qeydə alınmasıdır. Bu gün bu fürsət Mingəçevir sakinlərinə verilib".
Bunu SOCAR "Azəriqaz" İB-nin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi Azay Muxtarov müraciətçilər önündə çıxışı zamanı bildirib. Mingəçevirdə baş tutan aksiyada ümumilikdə 15 müraciət ünvanlanıb. Mikrofon önünə keçən Ruslan Heydərli həyətyanı sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib.Tutu Məmmədova küçə qaz xəttinin çəkilməsini xahiş etdiyi halda, Rəvanə Abdullayevanın müraciəti qaz sayğacının yerinin dəyişdirilməsindən ibarət olub.
Səslənən digər müraciətlər arasında debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi və sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsi ilə bağlı çıxışlar yer alıb. Hər bir müraciət Birliyin Tərtər RQİİ-nin rəhbərliyi tərəfindən cavablandırılıb.
Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıqlar verilib.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 808 Tarix: 05 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabr