Ukraynaya olunan təcavüz bütün dünya ilə yanaşı, Rusiyanı da zəiflədir
Bu gün dünya heç olmadığı qədər böhran içindədir. "Covid-19" pandemiyası bir tərəfdən, müharibələr digər tərəfdən iqtisadiyyatı çökdürərək insanların yaşayışını kəskin dərəcədə pisləşdirə bilib. Azərbaycan-Ermənistan müharibəsi regional təsirə malikdirsə, Rusiya-Ukrayna münasibətləri bütün dünyanı silkələyib. Bir çox inkişaf etməkdə olan ölkədə ərzaq qıtlığı və yoxsulluq daha da artıb. Bəzi məlumatlara görə, əldən buraxılmış imkanlar təkcə bu il bir trilyon dollardan çox qiymətləndirilir. Proqnozlara görə, gələn il bu məbləğ 2,8 trilyon dollara çatacaq.
Bu müharibədə əsas zərbə Rusiya, Ukrayna və onların qonşularına dəyəcək.
Rusiyanın Ukraynaya təcavüzü ukraynanıları acınacaqlı vəziyyətə qoymadla yanaşı, günahsız Rusiya vətəndaşlarına da getdikcə daha çox təsir edir.
Artıq ehtiyatında olan hərbçilərin də səfərbər olunmaması Rusiya hakimiyyətini Federal Təhlükəsizlik Xidmətini (FTB) hərəkətə keçməyə sövq etdi.
Rusiya vətəndaşlarının yaşadığı yerlərə telefon zənglərinin olduğu, elektron məktubların göndərildiyi, eləcə də FTB müdaxilələrinin olduğu artıq çoxlu hallar var.
Bu barədə müxalifətçi, ictimai fəal, A.Navalnını dəstəkçisi Sergey Danilenko (twitter.com/emanuel60707873) və Rosatom əməkdaşı, hakimiyyət tərəfdarı Yevgeni Qaranin (twitter.com/mittalhopiirr) "Twitter"də yazıblar.
Səbəb təhlükəsizlik xidmətinin əlində guya bu şəxslərin hökumət əleyhinə nümayişlərdə iştirakına dair sübutların olması, bununla yanaşı, onların Ukrayna müharibəsi və Rusiya silahlı qüvvələri ilə bağlı yalan məlumatlar yaymasıdır. Burada məqsəd vətəndaşları hadisənin səbəblərini izah etmək üçün ən yaxın FTB bölmələrinə gəlməyə məcbur etməkdir. Tabe olmadıqları halda isə iş məhkəməyə verilir. Əslində bu, ehtiyatda olanları səfərbər etməyə və onları Ukrayna cəbhəsinə getməyə məcbur etmək üçün bir bəhanədir.
İctimaiyyətdə daha böyük qorxu yaratmaq üçün FTB əməliyyatın növbəti mərhələsinə keçərək xəbər yayıb ki, tələb olunan müddətdə ittihamlara aydınlıq gətirilməsə, məlumat dərhal işdən azad edilmələri üçün həmin şəxslərin iş yerlərinə göndəriləcək.
Kampaniya Rusiyanın əksər regionlarında geniş vüsət alıb və bir çox şirkət və qurumların, o cümlədən Transneft, Rosatom, VTB Bank, Rusgeologiya, İqtisadi İnkişaf Nazirliyi və s. əməkdaşlarını əhatə edir. Bu cür vacib qurum və şirkətlərin işçilərinin də artıq bu halları yaşaması, müharibəyə göndərilə biləcək adam sayının dramatik səviyyədə məhdudlaşdığını özü-özlüyündə sübut edir.
Qarşıdakı aylarda könüllülərin və peşəkar əsgərlərin çatışmazlığı səbəbindən məcburi səfərbərliyin olacağı barədə internetdə məlumatlar yayılır.
Sentyabr ayında Rusiyanın qismən səfərbərlik elan etməsi vətəndaşların etiraz aksiyalarına səbəb olub, yüzlərlə insanın həbs olunduğu bildirilir.
Hazırda Sibirdən çağırışlar artıq yetərli deyil və Putinin müharibəsi Moskvada, Sankt-Peterburqda qapıları döyməyə başlayıb.
Anbarların dəhşətli vəziyyəti ordunun qışa hazır olmadığına dəlalət edir. Qoşunlar üçün uniforma və ya silah kimi əsas avadanlıqlar yoxdur.
Dövlət vəsaitlərindən və ləvazimatlarından oğurluqlara "yuxarıdan" gələn səssiz razılıq yeni səfərbər olunanların lazımi şəkildə təchiz olunmasının qarşısını alır.
Krım körpüsündə baş verən qəza, Çeçen müharibəsi zamanı orada baş verən, mənbəyi o qədər də aydın olmayan bombalı hücumlarla oxşarlıq təşkil edir. Baxmayaraq ki, bu qəzada yaşayış binaları yox, infrastruktur zədələndi, Rusiya hökuməti bu hadisələri 2014-cü ilin uğurlu kampaniyasının simvoluna hücum kimi izah etməyə çalışıb, böyük ehtimalla, işğalı davam etdirmək üçün lazım olan dəstəyi artırmağa çalışacaq.
Bunu da vurğulayaq ki, bir çox Rusiya vətəndaşları müharibə başlayan ilk gündən etirazlarını bildiriblər. Onların arasında Maksim Qalkin, Alla Puqaçova kimi məşhurlar hətta ölkəni tərk ediblər. Qismən səfərbərlik elan olunandan cəmi iki həftə sonra isə ölkəni tərk edənlərin sayı 700 000 nəfərdən çox olub, onlardan 200 000 nəfər Qazaxıstana yollanıb.
Düzdür, bu rəqəmlər Ukrayna qaçqınlarının sayına çatmaz. Avropa İttifaqında artıq 5 milyon Ukrayna qaçqını var.
Ukrayna müharibəsi əhalinin İkinci Dünya müharibəsi zamanlarından bəri görünməmiş, tarixi miqyasda miqrasiyasına gətirib. Suriyalı qaçqınların sayı münaqişənin iki ilindən sonra 3 milyona çatmışdı, bu halda isə Ukraynadan qaçanların sayı ilk üç həftə ərzində bu qədər olub. Ukraynadan (və Rusiyadan) olan qaçqınlar digər ölkələr üçün əlavə xərcdir.
Sanksiya və embarqolar isə yalnız neft və qaz idxal-ixracatı deyil, ümumiyyətlə hər şeyə toxunub.
Kreditorlar, sığortaçılar və yükdaşıyanlar üçün məhdudiyyətlər dünya ticarətinin təxminən 3 faizini zərbə altına qoyub, İƏİT iqtisadçıları hesablayıb.
Dünyanın alver etdiyi təxminən 4,5 min əsas mallardan onlar dünya bazarında 15 faizdən çoxunu - Rusiya və Ukraynanın payına düşənləri ayırıb və müharibə şəraitində təchizatında fasilələr arzuolunmaz olan yüz addan ibarət siyahı hazırlayıblar.
Bunlar əsasən metal, neft-kimya sənayesi malları və ərzaqdır.
Sözügedən müharibənin mənfi cəhətləri sadalananlarla bitmir. Bir sözlə, bu münaqişə nə qədər uzansa, zərəri bir o qədər çox və vəziyyətin düzəlməsi bir o qədər çətin olacaq.
Mənbələr:
twitter.com/emanuel60707873
twitter.com/mittalhopiirr
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Azərbaycanda yeni qanun qəbul ediləcək
Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası
Əli Həsənova yeni vəzifə verilir