Məcburi köçkünlərin binası ortadan ikiyə ayrılır? - AÇIQLAMA + VİDEO
"Qobu Park" yaşayış kompleksində bina ortadan çatlayıb.
Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər tərəfindən məlumat verilib.
"Qobu Park-2" yaşayış kompleksində yaşayan sakinlər iddia edirlər ki, binada yaranan irihəcmli çatların qarşısını almaq üçün heç bir tədbir görülmür:
"Söhbət 17 nömrəli binadan gedir. Bina tən ortadan ikiyə ayrılmaq üzrədir. Sakinlər qorxudan evlərində rahat otura bilmirlər. Məsələ ilə bağlı komendanta, aidiyyəti qurumlara məlumat verilsə də, problemin həlli üçün heç bir addım atılmır".
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev Oxu.Az-a açıqlamasında bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə "Qobu Park-2" yaşayış kompleksindəki 17 nömrəli binaya baxış keçiriblər:
"Aparılan araşdırma nəticəsində yaşayış üçün binada heç bir təhlükə olmadığı müəyyən olunub və bu barədə sakinlərə məlumat verilib. Dövlət Komitəsinin sədri və Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı noyabrın 2-də "Qobu Park-2" yaşayış kompleksində olub, sakinlərlə görüşüblər. Aidiyyəti qurumlar tərəfindən verilən rəyə əsasən, onlara bir daha izah edilib ki, yaşayış üçün tam yararlı vəziyyətdə olan binada qəza təhlükəsi yoxdur, müşahidə edilən və müəyyən narahatlıq doğuran halın aradan qaldırılması üçün isə zəruri təmir işləri binanı inşa edən şirkət tərəfindən aparılıb. Hazırda əlavə təmir işləri davam etdirilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1418 Tarix: 05 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabr