Qaxda və Zaqatalada qətl hadisələri törədilib - VİDEO
Qax rayonunda 17 yaşlı qız qətlə yetirilib.
Hadisə dünən axşam saatlarında rayon mərkəzində - Cavanşir Rəhimov küçəsi ev 5 ünvanında qeydə alınıb. 17 yaşlı Albina Papiaşvilinin üzərində xəsarətləri olan meyiti yatdığı yerdə aşkar olunub. Daha sonra həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin 15 yaşlı qardaşı Jora Papiaşvili şübhəli şəxs qismində saxlanıb.
Bacı-qardaşın yaxınları bildiriblər ki, Albina və Jora Qax şəhərində kirayədə yaşayıblar. Onların atası 6-7 il öncə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Atanın ölümündən sonra onların anası qeyri-rəsmi nikaha daxil olub və bundan sonra ana ilə uşaqlar arasında narazılıq yaşanıb. Qohumlar onu da iddia ediblər ki, Albina və Joranın anası onlarla maraqlanmayıb, uşaqlar nəzarətsiz qalıblar.
Kirayə yaşadıqları evdə Albina qardaşı və sevdiyi oğlanla birgə qalıb. Bəzi vaxtlar isə həmin evə onun rəfiqəsi də gəlib. Qətlin baş verdiyi gün isə bacı və qardaş evdə tək olublar. Nəvəsinin telefona cavab vermədiyini görən nənə evə gedərək dəhşətli hadisə ilə üzləşib.
Zaqatalada isə fındıq bağında 52 yaşlı gözətçi qətlə yetirilib.
Hadisə Zaqatalanın Fındıqlı kənd inzibati ərazisində kənd sakini 70 yaşlı Qriqoriy Burqandinova məxsus fındıq bağında baş verib. Qriqoriy Burqandinov ilə Zaqatala şəhər sakini 52 yaşlı Elxan Xəlilov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə nəticəsində ağır xəsarət alan Elxan Xəlilov hadisə yerində ölüb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Xəlilovu öldürməkdə şübhəli bilinən Qriqoriy Burqandinov saxlanaraq istintaqa cəlb edilib. Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, qətlə yetirilmiş Elxan Xəlilov Qriqoriy Burqandinovun fındıq bağının yaxınlığında olan başqa bir bağda gözətçi işləyib. Hadisə ilə bağlı saxlanmış Qriqoriy Burqandinov kənddə həm də rəssam kimi tanınıb.
Hər ili faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR