Azərbaycan siyasi arenasındakı düşmən QARDAŞLAR – SİYAHI

Azərbaycan siyasi arenasındakı düşmən QARDAŞLAR – SİYAHIAzərbaycan siyasəti arenasında təmsil olunan qardaşların sayı kifayət qədərdir. Onlardan bəziləri oxşar siyasi görüşlərə sahib olsalar da, bəziləri bir-birinə tamamilə zidd mövqelərdə dayanıblar. Bəzən isə narazılıqlar küsülülüklərə, hətta düşmənçiliklərə belə gətirib çıxarıb.

Məsələn, Azərbaycan Sosial Demokrat Partiyasının qurucuları olan Araz və Zərdüşt Əlizadə qardaşları buna ən uyğun örnək idi. Hətta Araz Əlizadə dünyasını dəyişdikdə belə, Zərdüşt Əlizadə onun ölümündən bixəbər olduğunu bildirmişdi.

Yaxud, Rüstəm və Maqsud İbrahimbəyovları qeyd edə bilərik. Mərhumlar yaşadıqları dönəmdə bir-birləri ilə soyuq münasibətə sahib idilər.

Dünyasını dəyişənlərlə yanaşı, bu gün də siyasi arenada düşmən qardaşlara rast gəlmək mümkündür.

Sərdar Cəlaloğlu – Qurban Məmmədov

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə qardaşı Qurban Məmmədov uzun illərdir küsülüdürlər. Bununla bağlı 2013-cü ildə mətbuata danışan S.Cəlaloğlu qardaşı ilə 5 ildir danışmadığını bildirmişdi. O, 2021-ci ildəki açıqlamasında da qardaşı ilə heç bir əlaqəsinin olmadığını təkrarlamışdı. Uzun müddət eyni partiyada olan, hazırda isə yolları tamamilə ayrı düşən qardaşlar, deyilənə görə, hətta bir-birinin şəxsi məclislərinə qatılmırlar.

İsa Qəmbər – Rövşən Qəmbər

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərlə qardaşı Rövşən Qəmbər arasında münasibətlər də gərgindir. Partiyanın 2014-cü ildə keçirilən qurultayı öncəsi müsavatçılara müraciət edib, onları Qubad İbadoğluna səs verməyə çağırması və qardaşına qarşı "cihad etməsi" İsa Qəmbərin xoşuna gəlməyib. Sabiq Müsavat başqanı ilə qardaşının münasibətləri də məhz bundan sonra korlanıb.

Rəsul Quliyev – Telman Quliyev

Milli Məclisin sabiq spikeri, 1996-cı ildən ABŞ-da mühacirət həyatı yaşayan Rəsul Quliyevlə qardaşı Telman Quliyev də siyasətçi qardaşlardandır. Lakin onların da siyasi baxışları üst-üstə düşmür. Belə ki, 2013-cü ildə keçirilən Prezident seçkilərdən Telman Quliyevin İlham Əliyevi dəstəklədiyini açıqlaması, Rəsul Quliyev tərəfindən heç də birmənalı qarşılanmamışdı. Sabiq spiker həmin vaxt qardaşının mövqeyini dəstəkləmədiyini elan etmişdi.

Qubad İbadoğlu – Vüqar Bayramov

Bitərəf millət vəkili Vüqar Bayramovla müxalifət cəbhəsində təmsil olunan Qubad İbadoğlunun da siyasi baxışları üst-üstə düşmür. Vüqar Bayramov qardaşı ilə bağlı mətbuata verdiyi açıqlamada deyib: "Qubad İbadoğlunun qardaşı kimi, nə də ona Vüqar Bayramovun qardaşı kimi yanaşılması doğru deyil: hər birimizə fərdi yanaşılıb və fəaliyyətimizə uyğun qiymətin verilməsinə ehtiyac var".

Qənimət Zahid – Mirzə Sakit

Qənimət Zahid və Mirzə Sakit qardaşları da düşmən qardaşlar siyahısında yer alır. İkincinin birinciyə "Səni qoyun otlağında otararam" fikirləri yəqin ki, heç kimin xatirindən silinməyib. Hər ikisi müxalifət cəbhəsində təmsil olunsalar da, biri AXCP-nin, digəri isə Müsavatın təbliğatçısı kimi cəmiyyətdə ad qazanıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2038   Tarix: 05 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr