15 nəfərin öldüyü kafenin sahibi azərbaycanlı deputat kimdir?

15 nəfərin öldüyü kafenin sahibi azərbaycanlı deputat kimdir?Dünən axşam Rusiyanın Kostroma şəhərində 15 nəfərin ölümü ilə nəticələnən yanğının baş verdiyi kafenin vilayət dumasının deputatına məxsus olması ortaya çıxıb. Həmin deputatın isə azərbaycanlı İxtiyar İldır oğlu Mirzəyev olduğu məlum olub.

Bəs, Kostroma Vilayət Dumasının deputatı, "Vahid Rusiya" fraksiyasının üzvü olan İxtiyar İldir oğlu Mirzəyev kimdir?

Kiçik bir araşdırma edərək onunla bağlı bir neçə faktı təqdim edir:

İxtiyar İldır oğlu Mirzəyev 1969-cu il martın 8-də Azərbaycanın Yardımlı rayonunun Ostair kəndində anadan olub.

O, 1993-cü ildə Kostroma Texnologiya İnstitutunun Ağac emalı texnologiyası fakültəsinin texnoloji mühəndis ixtisası üzrə təhsil alıb. Mirzəyev əmək fəaliyyətinə 1993-cü ildə Rusiyanın Kostroma şəhərindəki ağac emalı zavodunda başlayıb. 1994-cü ilin may ayına qədər burada işləyib.

O, 1998-ci ilin aprelindən 2005-ci ilin oktyabr ayına qədər "Nur" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində çalışıb. 2005 - 2006-cı illərdə 28173 saylı hərbi hissədə 4 saylı ev təsərrüfatı mühəndisi kimi fəaliyyət göstərib.

2006-cı ilin dekabr ayından indiyədək "Poliqon" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktorudur.

O, 2005-ci ilin dekabrından 2010-cu ilin oktyabrına qədər IV çağırış, 2010 - 2015-ci illər arasında V çağırış Kostroma Regional Dumasının deputatı olub.

İxtiyar Mirzəyev 2015-ci ildən bu günə kimi VI çağırış Kostroma Regional Dumasının deputatıdır. O, İqtisadi, Sənaye Siyasəti və Sahibkarlıq Komitəsinin də üzvüdür. Bundan əlavə, Bank işi və Maliyyə Komitəsində də təmsil olunur.

Onu da qeyd edək ki, İxtiyar Mirzəyev 2018-ci il iyulun 12-də Kostroma Regional Dumasının iclasında pensiya yaşının artırılmasının lehinə səs verib.

Xatırladaq ki, dünən baş vermiş yanğın 3,5 min kvadratmetr sahəni əhatə edib. Yanğın nəticəsində Kostromada ən azı 15 nəfər həlak olub. Çoxsaylı yaralı var. Ölənlərin sayı isə durmadan artır.

İddialara görə, kafeyə gələn ziyarətçilərdən biri qəzəblənərək raket atan çıxararaq, atəş açıb. Hüquq-mühafizə orqanlarının artıq şübhəlinin axtarışına başladığını bildirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4180   Tarix: 05 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr