Masalıda kişi hamilə qadını və qızını döyüb, günlərlə evdə dustaq etdi
Masallıda hamilə qadına və qızına qarşı fiziki zorakılıq olub. Mütəmadi şiddəti göstərən şəxs isə qadının qeyri-rəsmi nikahda yaşadığı kişidir.
Bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşıb. "5 aylıq hamilə olan qadın 13 yaşlı qızı ilə birlikdə dünən qaçıb Bakıya gəlib. Əməkdaşlarımız prosedur qaydalarına görə onu ərazi polis bölməsinə yönləndirib və qadın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 4 -cü polis şöbəsinin rəsmi məktubu əsasında sığınacağımıza qəbul edilib.
Hamilə qadın Kürdəmir sakinidir. Qeyri-rəsmi nikahda yaşadığı əri oktyabrın 21-dən uşağa və xanıma mütəmadi şiddət göstərib. Qadın polisə şikayət etməsin deyə onu və qızını Masallıda kirayə qaldıqları evdə bağlı qapı arxasında saxlayırmış. Xanım noyabrın 3-də oradan qaçıb və Bakıya gəlib.
Hamilə qadın müayinə üçün dərhal xəstəxanaya yönləndirildi. Hamiləliyin17-ci həftəsindədir. Bu vaxta qədər həkim baxışı olmayıb.
Kişi narkotik aludəçisidir. Dünən 13 yaşlı qıza da təcili yardım çağırıldı, baxış keçirən həkimlər azyaşlının həm də onkoloji problemindən şübhələnirlər.
2011 ci ildə qızın qardaşı bu ərciyəzi bıçaqlayıb, amma şikayət olunmayıb. Bəlkə səbəb daha başqa cinayətlərlə bağlıdır?", -deyə K. Ağazadə bildirib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2839 Tarix: 06 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrYeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabrİsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10 oktyabrBakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrPakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30 sentyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabr