Tərtərdə dəhşətli olay: Gənc oğlan bacısı ilə gəzən qohumunu... - Şok təfərrüat

Tərtərdə dəhşətli olay: Gənc oğlan bacısı ilə gəzən qohumunu... - Şok təfərrüatTərtər rayonunda 1990-cı il təvəllüdlü Kazım şəxsi münasibətlər zəminində 1998-ci il təvəllüdlü qohumu Zahidi (adlar şərti verilib - red.) öldürüb.

Hadisə ötən il noyabrın 23-də baş verib.

Kazım həmin gün Zahidlə görüşüb və bacısı Lalə ilə aralarında olan münasibətə aydınlıq gətirməsini istəyib.

Bu zaman Zahid ona bacısını bacı gözü ilə görmədiyini deyib, bunu Lalə ilə aralarında olan qeyri-rəsmi münasibətin dolayı etirafı kimi qəbul edib. Bundan əsəbiləşən Kazım bıçaqla Zahidə zərbə vurub. Çoxsaylı xəsarətlər alan Zahid vəfat edib.

İstintaq orqanı tərəfindən Kazımın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elmin Rüstəmovun icraatında araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Kazım özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə yox, məcəllənin 123-cü (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsi ilə təqsirli bilib.

"Ayrılmaq qərarına gəldi"

Kazım qeyd edib ki, bacısı Lalə təxminən 12 il əvvəl Tərtər rayon sakini Səlimlə ailə həyatı qurub, birgə nikahdan 2 övladı dünyaya gəlib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günündən təxminən 8 ay əvvəl bacısı Lalə ilə həyat yoldaşı Səlim arasında münaqişə baş verib:

"Lalə Səlimdən ayrıldı və övladları ilə ata evində yaşamağa başladı. Bacımın ailəsindəki narazılığa dayım oğlu Zahidin onunla qeyri-rəsmi münasibəti səbəb oldu. Bu münasibətdən Səlim xəbər tutduqda Laləni boşamaq qərarına gəldi".

"Mesajlarını tapdığını bildirdi"

Kazım qeyd edib ki, Səlim bir neçə dəfə Lalənin Zahidlə isti münasibəti barədə ona, anasına və digər qohumlarına məlumat verib: "Lakin biz deyilənlərə inanmadıq. Bu barədə Lalədən soruşduqda o, Zahidin uşaq olduğunu, onunla heç bir münasibət saxlamadıqlarını bildirdi.

Hadisədən təxminən 3 ay əvvəl Səlim dediklərini təsdiq etmək məqsədilə Lalənin yaşadığı evə gəlib, onun telefonunu götürüb və Zahidlə olan mesajları aşkar edib.

Bundan sonra Səlim mənə zəng edərək bacımın telefonunda Zahidlə yazışmalarını tapdığını bildirdi".

Kazım deyib ki, hadisədən təxminən 3 gün əvvəl Səlim onun mobil nömrəsinə zəng edib, Bakı şəhərinə gəldiyini və onunla görüşmək istədiyini bildirib: "Səlimlə görüşdüm və Lalənin telefonundakı yazışmalara baxdım. Lakin yazışmaların qeyri-əxlaqi məqsəd daşıdığına yenə də inanmaq istəmədim.

Səlim iki övlad anası olan və hələ də nikahda qalan bacım Lalənin Zahidlə münasibətlərinə aydınlıq gətirməyi, məndən bunun qarşısını almağı istədi. Səlimə bu məsələni Zahidlə dəqiqləşdirəcəyimi dedim".

"Onunla razılaşdım"

Kazımın sözlərinə görə, noyabrın 24-də xalasının il mərasimində iştirak etmək üçün Tərtər rayonuna getməyi qərarlaşdırıb:

"Təxminən 4-5 gün əvvəl dayım infarkt keçirdiyindən anam, bacım və bacımın uşaqları dayımı görmək, həmçinin il mərasimində iştirak məqsədilə Tərtər rayonuna gəldiklərini Səlimə bildirdim.

Mən də Səlimlə birlikdə eyni vaxtda Tərtər rayonuna getməyə razılaşdıq. Birlikdə noyabrın 23-də, saat 10 radələrində Bakı şəhərindən Tərtərə yola düşdük. Yolda bir daha telefondakı yazışmalara nəzər saldım. Bundan sonra maşında Səlimə bildirdim ki, Zahidlə görüşəcəm və ondan bu barədə izah istəyəcəm. Səlim isə Zahidi onun bibisioğlu Vəlinin evinə çağırıb, söhbət etməyi təklif etdi.

Həmin evi tanıdığımdan və evdə yaşayış olmadığını bildiyimdən Səlimin dediyilə razılaşdım".

"Dörd bacım var, onlar mənə bəsdir"

Təqsirləndirilən şəxsin sözlərinə görə, dediklərini sübut edə bilməsə, Zahidi sındırmaq məqsədilə onu murdarlayacaqlarına, Səlimin isə videoya çəkəcəyinə razılaşblar: "Tərtər rayonuna gəldik. Mən Səlimdən ayrıldım və qohumlarımın yaşadığı evə getdim. Orada anam, bacım, dayım, dayımoğlu Zahid və digərləri ilə görüşdüm.

Zahiddən Lalə ilə yazışmaların nə demək olduğunu soruşdum və ona bildirdim ki, sənin bacılarını öz bacım kimi görürəm. Zahid isə bildirdi ki, mənim 4 bacım var, onlar mənə bəsdir.

Bundan sonra Zahidi məsələyə aydınlıq gətirmək məqsədilə Səlimin dediyi evə dəvət etdim. O da getməyə hazır olduğunu bildirdi. Səlimin verdiyi telefon nömrəsinə zəng edərək taksi sürücüsünə bizi götürməsini söylədim. Birlikdə Səlimin dediyi yerə getdik".

"Sadəcə söhbət üçün getdiyimizi dedim"

Kazım qeyd edib ki, yolda Zahidin üzərində mətbəx bıçağı görüb: "Həmin bıçağı dayımgilin evində mətbəx stolunun üzərində görmüşdüm. Nəyə görə bıçaq götürdüyümü soruşanda Zahid heç bir cavab verə bilmədi. Ona belə bir şeyə ehtiyac olmadığını və sadəcə söhbət üçün getdiyimizi dedim.

Yolda Zahid "Nicat" körpüsünün yaxınlığında, "Son beş" deyilən yerdə maşından düşdü, mağazaya girdi və nə isə alaraq çıxdı. Bundan sonra hadisənin baş verdiyi yerə gəldik. Oraya çatdıqda Səlimin bizi gözlədiyini gördüm. Evin həyətinə girdik. Təkrar Zahiddən məsələnin mahiyyətini soruşdum.

Zahid bir daha özünün 4 bacısının olduğunu və onların ona bəs etdiyini bildirdi. Onun çiynindən əlimlə kənara itələdim. Həmin anda Zahid cibindən bıçağı çıxardı, mənim sol qoltuqaltı nahiyəmə zərbə endirdi. Dərhal hər iki əlimlə Zahidin əlini tutdum, müqavimətini qırmaq istədim və onu yerə yıxdım. Yerdə olarkən iki əlimlə Zahidin əlini tutaraq bıçağı yerə salmaq istədim".

"Əməlimi etiraf etdim"

Kazımın sözlərinə görə, bundan sonra Zahid digər əli ilə cibindən ikinci bıçağı çıxarıb və ona yenidən zərbə endirməyə çalışıb:

"Zahidin əlindən həmin bıçağı aldım və onun qarın nahiyəsinə iki bıçaq zərbəsi endirdim. Səlim bizi aralaşdırmaq məqsədi ilə yerdən taxta parçası götürdü və bizi vurmağa başladı. Buna görə nisbətən aralaşdıq.

Həmin zaman ixtiyarsız olaraq Zahidin digər əlini buraxdım və onun zərbə endirdiyi sol əlini tutmağa çalışdım. Zahid əlindəki bıçaqla mənə yenidən zərbələr endirməyə başladı. Sağ bud nahiyəmdən xəsarət aldım, onun üzərinə yıxıldım. Bundan istifadə edən Zahid məni vurmaq istədim. Ona daha bir neçə bıçaq zərbəsi endirdim.

Zahid ayağa qalxaraq ünvanıma nalayiq ifadələr işlədə-işlədə oradan uzaqlaşmaq istədi. Onun arxasınca getdim və kürəyinə daha bir neçə bıçaq zərbəsi yetirdim. Lakin o, zərbələrin təsirindən yıxılmadı. Bir qədər də irəlilədi, nəhayət, qarşıda yıxıldı. Həmin vaxt özümdə olmadığımdan Zahidə neçə zərbə yetirdiyimi xatırlamıram.

Zahid bir qədər irəlilədikdən sonra küçədə üzü üstə yıxılaraq yerdə hərəkətsiz qaldı. Əlimdə bıçaq yolun başına doğru irəlilədim. Arxamca isə Səlim gəlirdi.

Qarşıda tanımadığım şəxsin gəldiyini gördüm, ona adam öldürdüyümü bildirdim, 102 zəng mərkəzinə məlumat verməsini xahiş etdim. Daha sonra irəliyə gedərək insanların məndən qorxmaması üçün əlimdəki bıçağı kanala atdım. Səlimlə yolun başına qədər getdikdə qarşıdan təcili tibbi yardım maşınının gəldiyini gördük.

Polis əməkdaşlarının məni tapa bilmələri üçün maşına əyləşdim və Zahidin yanına qayıtdım. Bir müddət sonra polis əməkdaşları gəldi, törətdiyim əməli polis əməkdaşlarına etiraf etdim".

"Mənə narkotik satmağı təklif etmişdi"

Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, Zahidi öldürmək məqsədi olmayıb. Sadəcə hadisə vaxtı Zahid ona bıçaqla müqavimət göstərdiyindən əlində olan bıçağı ondan alıb, onun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib.

Təqsirləndirilən şəxs bildirib ki, yaşca ondan balaca olan Zahidə daim kiçik qardaş münasibəti göstərib.

Narkotik aludəçisi olduğundan son vaxtlar Zahidlə sıx münasibət saxlamayıb: "Hətta bir dəfə o, mənə də narkotik vasitə satışında köməklik göstərməyimi xahiş etdi. Lakin bu işlərdən uzaq olduğumu bildirdim və təklifi qəti rədd etdim".

"Zahidlə münasibətimiz olmayıb"

Cinayət işi üzrə şahid qismində ifadə verən Lalənin sözlərinə görə, əri Səlimlə 2009-cu ildə ailə qurub, birgə nikahdan 2 övladı dünyaya gəlib:

"Birlikdə Xırdalan şəhərində yaşamışıq. Övladım həmin şəhərdə 2 saylı orta məktəbdə təhsil alıb. Təxminən 2021-ci ilin aprel ayında ərimlə aramızda ailədaxili münaqişə baş verdi. Bundan sonra ərim məndən ayrıldı. Həmin dövrdən mən və övladlarım qardaşım Kazım vı anamla birlikdə Səbail rayonu, 20-ci sahə deyilən ərazidə yaşamağa başladıq.

Ərimlə aramızda narazılığa səbəb mənim guya mərhum dayımoğlu Zahidlə qeyri-rəsmi münasibətim olub. Halbuki bizim qeyri-rəsmi münasibətimiz olmayıb. Bu barədə Səlim ailə üzvlərimə məlumat verdi. Ailə üzvlərim ona inanmadılar".

"Ailə üzvlərimi inandırdım"

Lalə qeyd edib ki, Səlim hadisəyə qədər ara-sıra gələrək övladlarını görüb. Bəzən uşaqları öz ailəsinin yanına aparıb ki, valideynləri də nəvələrini görsünlər:

"2021-ci ilin sentyabr ayının axırında, dəqiq tarixini xatırlamadığım gündə, səhər saatlarında Səlim yaşadığım evə gəldi. Evdə sadəcə mən və övladlarım vardı. Anam mağazaya, qardaşım Kazım isə iş dalınca getmişdi. Bu zaman Səlim evə gəldi və mənə "Lalə, nə fikirləşirsən" dedikdən sonra əlimdən telefonu qəfil aldı, sonra evdən getdi.

Bundan 5-6 gün sonra Səlim mənə zəng edərək Zahidlə əlaqəmin olduğunu, telefonda Zahidlə yazışmalarımı gördüyünü bildirdi. Səlimə mesajların mənə aid olmadığını bildirdim. Bundan sonra Səlimlə əlaqəm kəsildi.

Zahidlə aramda heç bir münasibətin olmadığına ailə üzvlərimi inandırmışdım".

Məhkəmənin hökmü ilə Kazım 10 il müddətinə azadlıqdan məhrum edilib./Teleqraf


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2813   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Silahla oynayarkən yaralanan 16 yaşlı yeniyetmə öldü

Türkiyənin İzmir vilayətinin Tire rayonunda evdə silahla oynayarkən tapançanın təsadüfən atəş açması nəticəsində qarnından güllə yarası alan 16 yaşlı Yiğit Can Bişkin həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Tire rayonunun İsmail Taşlı küçəsində yerləşən evdə baş verib. Məlumat

19 avqust
.

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO

Avqustun 20-də abortdan sonra vəfat edən Tovuz rayon sakini Lalə Quliyevanın ölümü ilə bağlı bəzi məqamlar məlum olub. Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 24 yaşlı qadının Sabunçu Tibb Mərkəzinə artıq ölü vəziyyətdə gətirildiyini açıqlayıb. Rəsmi məlumatda onun hamiləliyin

22 avqust
.

İdman zalında qadına şiddət göstərən şəxs sərbəst buraxıldı - VİDEO

Mersin’in Yenişehir ilçəsində idman zalında baş verən şiddət hadisəsi təhlükəsizlik kameralarına əks olunub. Mübahisə etdiyi qadının boğazını sıxan şəxs, zaldakı başqa bir qadının müdaxiləsi nəticəsində uzaqlaşdırılıb. Hadisədən sonra saxlanılan şübhəli məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəs

27 avqust
.

Küçədə salfet satan 68 yaşlı qadını avtomobil vuraraq öldürdü

Türkiyənin Aydın vilayətinin Efeler rayonunda yol qəzası baş verib. Svetoforda dayanan avtomobillərə salfet və su satdığı bildirilən 68 yaşlı Günay Çimentepe avtomobilin vurması nəticəsində həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Mimar Sinan məhəlləsində, Otoban qovşağında ba

19 avqust
.

Şəmkirdə piyada ölümü ilə nəticələnən ağır qəza baş verib

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün saat 05:05-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən 397-ci kilometrində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Ağstafa rayonu, Eynallı kən

22 avqust
.

Mənzilə girib qutuları oğurladılar, içindən görün nə çıxdı - VİDEO

Türkiyənin Eskişehir şəhərinin Odunpazarı rayonunda kaskalı 3 şübhəli mənzilin qapısını sındıraraq içəri daxil olub və içərisində narkotik həblərin olduğu 3 böyük qutunu oğurlayaraq motosikletlə hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Böyükdərə məhəlləsi

21 avqust
.

Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - Video

Xətai rayonu ərazisində - Ağ Şəhərdə zəncirvari yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "OUD Baku" restoranının qarşısında 7 avtomobil toqquşub. Nəticədə, "Porsche", "Range Rover", 2 ədəd "BMW" və digər markalı avtomobillərə ciddi zərər dəyib

22 avqust
.

Qazaxda keçmiş məhkum saxlanıldı: Dörd kiloqram narkotik və 300 həb AŞKARLANDI

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Amil Dəmirov saxlanılıb. -ın məlumatına görə, həmin şəxsdən 4 kiloqram narkotik vasitə və 300 ədəd narkotik tərkibli həb aşkarlanıb. Saxlanılan şəxs ifadəsində əldə etdiyi narkotik vasitələri müxtəlif ünvanlar

23 avqust
.

Keçmiş sevgilisi ilə görüşən qadın dəqiqələr sonra polisə zəng vurdu - VİDEO

Türkiyənin Aksaray şəhərində keçmiş sevgilisi olduğunu bildirdiyi S.K. ilə görüşən 29 yaşlı B.İ. aralarında yaranan mübahisə zamanı döyüldüyünü deyərək 112 Təcili Çağrı Mərkəzinə müraciət edib. Hadisə yerinə qısa müddətdə gələn polis əməkdaşları gənc qadını mühafizəyə götürüb, onun şikayəti əsasınd

27 avqust