Cənubi Azərbaycan dövləti - Milyonlarla soydaşımızın arzusu nə vaxt reallaşacaq?

Cənubi Azərbaycan dövləti - Milyonlarla soydaşımızın arzusu nə vaxt reallaşacaq?Cənubi Azərbaycan dövləti - Milyonlarla soydaşımızın arzusu nə vaxt reallaşacaq?

Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.
Cənubi azərbaycanlı soydaşlarımız illərdir ki, öz milli kimliklərini qorumaq, hüquqlarını müdafiə etmək üçün mübarizə aparırlar. İranın molla rejiminin əsarətindən qurtulmağı qarşısına məqsəd qoyan həmvətənlərimiz təqiblərə və həbslərə baxmayaraq, milli dövlət qurmağı hədəfləyirlər. Artıq bununla bağlı soydaşlarımız media vasitəsilə öz niyyətlərini elan ediblər.

Bəs, güneyli soydaşlarımız tarixən yaşadıqları ərazilərdə vahid dövlət qurmağa nail olacaqlarmı?

Modern.az bununla bağlı Azərbaycanın siyasi partiyalarının mövqeyini öyrənib.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa hesab edir ki, İranda ölkənin parçalanması cəhdləri haqqında deyilən fikirlər həqiqəti əks etdirmir. İranda daha çox teokratik rejimin yaratdığı faciədən söhbət gedir:

"Bütün millətlər buna qarşı mübarizə aparırlar. Azərbaycanlılar da mübarizədə yol almalıdırlar. Bütövlükdə əsas məqsəd İranın demokratikləşməsi olmalıdır, buna çalışmaq lazımdır. Hazırda prosesləri istiqamətləndirəcək siyasi təşkilat olmalıdır. Hələlik bu şərtlər üfüqdə görünmür və bu halda xalqın mütərəqqi hissəsini güdaza vermək olmaz. Çünki İran rejimi vəhşidir, insan haqqını tanımayan, xalqı məhv etməyə hazır rejimdir. Buna görə də yerli reallığa uyğun addımlar atılmalıdır. Biz soydaşlarımıza dəstək verə bilərik. Amma bu dəstəyin bir çərçivəsi var. Çünki başqa dövlətin daxili işinə qarışmaq bizə də problem yarada bilər. Azərbaycan dövlətinə proseslərin zərbəsi dəyməsin deyə diqqətli olmalıyıq".

Müsavat Partiyasının başqanı Arif Hacılı İranda oyanışın yeni olmadığını söyləyib:

"Əvvəldən cənubda yaşayan soydaşlarımız öz hüquqları uğrunda mübarizə aparıblar, milli hüquqlarının tapdanmasına etiraz ediblər. Hələ ötən əsrdə bir neçə dəfə indiki İran ərazisində bir neçə dövlətin yaradılmasına cəhd edilib. Sonuncu dəfə 1945-ci ildə Azərbaycan Demokratik respublikası yaradılıb. Yalnız imperiyaların, xüsusilə Sovet imperiyasının təsiri və təzyiqi altında dövlət süqut edib. Sonrakı mərhələlərdə də oradakı fəallar azadlıqları uğrunda mübarizə aparıblar. Bunun nəticəsidir ki, çoxsaylı soydaşımız öz hüquqları uğrunda mübarizədə həbsə məhkum edilib. İrandan mühacirət edənlərin çoxu digər xarici ölkələrdə yaşamaq məcburiyyətində qalıblar. Bütün bunlara rəğmən azadlıq ideyası daim yaşayıb, soydaşlarımız bunu ayaqda tutmağı bacarıblar. Müəyyən siyasi şərait yarandıqda cənubi azərbaycanlılar azadlıq, ədalət milli şüarları ilə meydana çıxıblar.

Ötən əsrdə bir neçə dəfə indiki İran ərazisində Azərbaycan dövlətinin yaradılması, aparılan mücadilə istər şimalda, istərsə də cənubda azadlıq, bütövlük ideyasının təşəkkül tapması da sübut edir ki, İran ərazisində yenidən Azərbaycan dövləti yarana bilər. Belə tarixi şərait yaranarsa, 50 milyonluq xalqımız fürsəti qaçırmamalıdır".

ReAl Partiyasının icra katibi Natiq Cəfərli isə düşünür ki, İranda, o cümlədən Cənubi Azərbaycanda baş verən proseslərin diqqətlə izlənməsinə ehtiyac var. Partiya rəsmisinin fikrincə, əsas odur ki, İranda sistem dəyişikliyi baş versin

"Bu mütləq olmalıdır ki, orada yaşayan soydaşlarımızın hüquqları bərpa olunsun. Normal sistem qurulandan sonra soydaşlarımız ən azından muxtariyyət tələbi ilə çıxış edib, ilkin mərhələdə özlərinin institutlarını qurmalıdırlar. Cənubi Azərbaycanın gələcəyi bu institutların formalaşmasından və oradakı rejim dəyişikliyindən asılı olacaq.

Azərbaycan bu məsələləri diqqətlə izləməlidir, amma İrandakı etirazların etnik müstəviyə çəkilməsinə mane olmaq lazımdır. İran rejiminin məqsədi budur. Cənub qonşumuzda sistem və rejim dəyişikliyi baş verərsə, sonrakı mərhələlərin önü açılar".

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şuranın üzvü Əli Oruclunun sözlərinə görə, regionda və dünyada gedən hadisələrdən qonşumuz İran da öz payını alır. Orada rejim əleyhinə qalxan etirazlar hərəkata çevrilməkdədir:

"İranda bu cür etirazlar zaman-zaman baş verib. Sonuncu dəfə 2005-ci ildə İran mətbuatında azərbaycanlıların təhqir olunması soydaşlarımız arasında ciddi ayaqlanmaya səbəb oldu. Hakimiyyət etirazların qarşısını almaqda çətinlik çəksə də, xaricdən dəstək gəlmədiyinə görə İran rejimi etirazları boğa bildi. Bu dəfə isə proseslər fərqlidir. İranda milli oyanış hərəkatının istiqaməti və arealı genişlənib. Ona görə güneydə soydaşlarımızın milli məfkurəyə istiqamətlənməsi genişlənməkdədir. Bu prosesdə beynəlxalq ictimaiyyətin diqqəti də var.

Prezident İlham Əliyev açıq şəkildə mesaj verdi ki, Azərbaycan dövləti taleyin hökmü ilə ayrı düşən soydaşlarının taleyinə biganə qalmayacaq. Təsadüfi deyil ki, bu mesaj güneydə ciddi ruh yüksəkliyi yaratdı. Çox istəyərdik ki, proseslər uğurlu nəticəyə gətirib çıxarsın. Hər bir halda düşünürəm ki, əlimizdən gələn mənəvi dəstəyi etməyimiz soydaşlarımızın haqq və hüquqlarına qovuşması ilə nəticələnəcək. Bizim bir şüarımız olmalıdır: Təbriz Azərbaycandır, Ərdəbil Azərbaycandır!

Milli İstiqlal Partiyasının Nizamnaməsində Güney Azərbaycan məsələsi əsas məqamlardan biridir"/Modern


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1172   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr