İsrail və Azərbaycan SEPAH-ın hədəfində: İranın əsas planı...

İsrail və Azərbaycan SEPAH-ın hədəfində: İranın əsas planı...Azərbaycanın II Qarabağ müharibəsindəki tarixi Zəfəri İran üçün sanki bir sarsıntı, şok yaradıb. Çünki İran bunu gözləmirdi. Ona görə də İranı məhz bu reallıqdan irəli gələn geosiyasi vəziyyət qane etmir. Azərbaycan və Türkiyənin müttəfiqliyi, güclənməsi də İranı narahat edir.

Sonxeber.az teleqraf.com-a istinadən bildirir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib

O qeyd edib ki, 2021-ci ilin yayında dəyişən İran hökuməti Azərbaycana daha çox təzyiq göstərmək istəyir:

"Həsən Ruhani hökuməti əməkdaşlığa meylli idi. Təbii ki, onlar da müəyyənləşmiş "İran xəttindən" çıxa bilmirdilər. Çünki bu İranın "ana xətti" hesab edilir. İndiki İran iqtidarı Azərbaycana, regiona qarşı daha aqressiv mövqedən çıxış edir. Hazırda İran daxilində hadisələr də burada mühüm rol oynayır. Onlar iddia edirlər ki, aksiyalar kənardan idarə olunur. Ona görə də İranda şiddətli mitinqlər baş verdiyi halda hökumət xarici təhlükələrdən bəhs edir. Hazırda İranda vəziyyət qeyri-sabitdir. Bunun əsas səbəbkarı İran hakimiyyətinin özüdür".

Fərid Şəfiyevə görə, İran hakimiyəti sünni-şiə mövzusunu qabartmaqla bundan regional səviyyədə imperializm faktoru üçün istifadə etməyə çalışır: "Bunun əksinə olaraq İranın Körfəz ölkələrində, Livan və Suriyada mövqeyi zəifləyib. Əfqanıstanda Taliban rejiminin olması isə İrana əlavə problemlər yaradıb. Səudiyyə Ərəbistanı ilə İran arasında da münasibətlər gərgin olaraq alır. Nüvə silahı ilə bağlı saziş də İran üçün çətinliklər yaradır. İran isə öz növbəsində ABŞ Prezidenti Cozef Bayden hökumətindən sanksiyalarla bağlı qərar gözləyirdi. Çünki sanksiyaların yumşalması ilə İrana iqtisadi cəhətdən müəyyən bir axının olması ehtimal edilirdi".

Mərkəz sədrinin fikrincə, İranın gözləntiləri olmadığı halda o daha aqressiv çıxış etməyə başlayır: "Paralel olaraq İran Rusiyaya dron satmağa başlayır. Bunun ardınca raket satmağı da planlaşdırılır. İranın Azərbaycan siyasətində SEPAH-ın rolunun olması ehtimal edilir. Çünki SEPAH İran daxilində özünü qeyri-stabil hiss edir. İran daxilində bir çoxları SEPAH-dan narazıdır. Bütün bunların fonunda onlar göstərməyə çalışır ki, Azərbaycan və İsrailə qarşı müəyyən əməliyyatlar aparmağa hazırdır"./Teleqraf


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2490   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr