"Əldə edilən zəfər Azərbaycanın siyasi baxımdan ciddi dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi" - İbrahim Rüstəmli
"Vətən Müharibəsində qazandığımız qələbənin siyasi və hərbi əhəmiyyəti böyükdür. Bu qələbə ilk növbədə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir. Qələbə nəticəsində xalqımız siyasi və hərbi baxımdan böyük bir gücə sahib olduğunu göstərdi".
Bunu Sonxeber.az-a açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli 44 günlük müharibədə əldə edilən zəfərin hərbi və siyasi əhəmiyyətindən danışarkən deyib. Ekspert bildirib ki, bu qələbə Azərbaycan xalqının kimliyini bütün dünyaya sübut etdi:
"Bu qələbə ilə həm də hansı xarakterə, inama, ləyaqətə sahib olduğumuzu göstərdik. 30 il ərzində problemin sülh yolu ilə həllinə üstünlük verdik. Azərbaycan xalqı bu müddət ərzində sülhü dəstəkləməklə insanlığa aid olanı dəstəklədiyini nümayiş etdirirdi. Amma təəssüf ki, bu mövqeyimiz düzgün anlaşılmadı. Nəticədə qələbə qazanmaqla özümüzə və hər kəsə kim olduğumuzu sübut etdik".
Həmsöhbətimiz deyir ki, qələbəmizin başlıca siyasi əhəmiyyəti Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi oldu:
"Bununla da beynəlxalq aləmdə güclü siyasi iradəyə malik ölkə olduğumuzu nümayiş etdirdik. İllər ərzində tapdanmış haqlarımız bərpa edildi. Böyük dövlətlərin həyata keçirdiyi ikili siyasət fonunda Azərbaycan öz haqqı uğrunda mübarizəyə qalxaraq qələbə qazandı. Azərbaycan Prezidentinin informasiya cəbhəsində peşəkarlığı, xarizması da qələbənin əldə olunmasında mühüm rol oynadı. Bu müharibənin strateji cəhbəsində qazanılan və sonradan döyüş meydanında əldə edilən uğurlarımızın başlanğıcı oldu. Əldə edilən zəfər Azərbaycanın siyasi baxımdan ciddi dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi".
İbrahim Rüstəmov qeyd edir ki, qələbə sayəsində dünyanın hərbi baxımdan aparıcı dövlətləri də Azərbaycanın hərbi qüdrətilə hesablaşmalı oldular:
"Azərbaycan 30 il ərzində dünyanın 30-dan çox ölkəsilə hərbi müstəvidə ikitərəfli və çoxtərəfli əlaqələr qurub. Ən mötəbər hərbi təlim və tədris prosesində iştirak etmişik. Hərb elminin ən müasir uğurlarını ordumuza gətirdik. Hərbi kadrlarımız mükəmməl bir qüvvəyə çevrildi. Bu qələbəmiz sayəsində dünyanın aparıcı hərbi dövlətləri də ölkəmizin hərbi qüdrətilə hesablaşmalı oldular. Ordumuz Ohanyan səddini darmadağın etməyi bacardı. Bununla ermənilərə sübut etdi ki, onların güclü ordusu barədə deyilənlər mifdən başqa bir şey deyil. Ermənilər 5 marşallarının olması ilə fəxr edirdi. Amma məlum oldu ki, onlar "avtomat konyakı" ilə marşal olublar. Qələbə sayəsində ermənilərə sübut etdik ki, öyündükləri bu marşalların heç biri Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Həzi Aslanov deyil və ola da bilməzlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR