"İşğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır" - Deputat

"İşğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır" - Deputat"44 günlük müharibədə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı, torpaqlarımız işğaldan azad edildi, parlaq Zəfər qazanıldı".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Cavid Osmanov 44 günlük müharibədə qazandığımız böyük qələbədə Ali Baş Komandanın rolu haqqında danışarkən deyib.

Millət vəkili bildirib ki, 2020-ci ildə səbri tükənmiş Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrinə əsasən genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamalı oldu:

"Ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılan 200 ildən çox müddəti əhatə edən düşmənçilik siyasəti 1990-cı illərin əvvəllərində ən kəskin formaya keçdi. Sovetlər Birliyinin dağılmasından istifadə edən Ermənistan ölkəmizə qarşı açıq-aşkar ərazi iddiaları ilə elan edilməmiş müharibəyə başladı və 20 faiz torpaqlarımızı işğal etdi. İşğala və soyqırıma məruz qalan Azərbaycan bütün bunlara baxmayaraq yaranmış münaqişənin sülh yolu ilə həllində maraqlı idi. Lakin Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmək istəmir və davamlı olaraq təxribatlar törətməklə məşğul olurdu. Azərbaycan dövləti hər zaman qeyd edirdi ki, biz münaqişənin sülh yolu ilə həllinin tərfədarı olsaq da bu o demək deyildir ki, danışıqlar əbədi davam edəcəkdir. Danışıqlar yolu ilə münaqişə öz həllini tapmadğı təqdirdə hərb variantı qaçılmaz olacaq. Ermənistan son illər ərzində davamlı təxribat xarakterli əməlləri ilə danışıqlar prosesinə ciddi zərbə vurur və keçmiş təmas xətti, eyni zamanda, dövlət sərhəddində hərbi təcavüzlər törədirdi.

Ermənistanın növbəti təxribat cəhdlərindən biri də məhz 2020-ci ilin 27 sentyabr tarixində baş verdi. Artıq səbri tükənmiş Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamalı oldu. Hərbi əməliyyatlar cəmi 44 gün davam etdi və bu müddət ərzində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı, torpaqlarımız işğaldan azad edildi, parlaq Zəfər qazanıldı".

Cavid Osmanov qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının öz ordusu və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə yekdil şəkildə dəstək vediryinin şahidi oldu:

"Bu möhtəşəm həmrəylikdən güc alan ordumuz isə düşmənə döyüş meydanında ağır dərs verdi. Azərbaycan Ordusunun gücü qarşısında diz çökən erməni silahlı birləşmələri 44 günlük hərbi əməliyyatlar dövründə dəfələrlə müharibə cinayətlərinə əl ataraq döyüş zonasından 100 kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarımızı qadağan olunmuş silahlarla- ballistik raketlərlə atəşə tutur, dinc əhaliyə qarşı qanlı terror törədir, mülki infrasturktura ciddi ziyan vururdular. Bütün bunlara baxmayaraq Azərbaycan xalqının döyüş əzmi azalmır, əksinə düşmənə qarşı olan qəzəb hissi daha da artır, törədilən bütün qanlı cinayətlərin qisası düşməndən döyüş meydanında alınırdı.

Azərbaycan xalqı öz əzəli torpaqlarını işğaldan azad etməkdə və parlaq qələbə qazanmaqda israrlı idi. Azərbaycan əsgəri düşmənin belini qırır, hər gün yeni ərazilərimizi işğaldan azad edirdi. Düşmən isə qorxub qaçır, canını qurtarmağa çalışırdı.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət və müasir orduquruculuğu sayəsində dünyanın ən güclü ordularından birinə çevirilən Azərbaycan Ordusu 44 gün ərzində şanlı Zəfərə imza atmaqla tarixi ədaləti bərpa etdi. Rəşadətli Ordumuz qarşısında diz çökən düşmən kapitulyasiya aktı imzalamağa məcbur oldu və bir güllə belə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonları düşmən tapdağından azad edildi. Bu üç rayonun itkisiz işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diplomatik müstəvidə əldə etdiyi möhtəşəm uğurun göstəricisidir.

Deputatın fikrincə, 44 günlük Vətən müharibəsi həmçinin ilk anlardan informasiya cəbhəsində də uğurla aparıldı. İnformasiya müharibəmizə də rəhbərliyi məhz Prezident İlham Əliyev edirdi:

"Cənab Prezidentin xarici mətbuata verdiyi 30-dan çox müsahibə, eyni zamanda xalqa edilən müraciətlər informasiya müharibəsində də ölkəmizin üstünlüyünü təmin etdi. Xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hər bir müsahibə və müraciətlərini böyük maraqla izləyir, yüksək əhval-ruhiyyə ilə Ordumuza dəstək verirdi. Eyni zamanda Azərbaycanın haqq səsini dünyaya çatdırırdı.

30 il müddətində torpaqlarımızı işğalda saxlayaraq Azərbaycana qarşı talançılıq, çoxnövlü terror törədən Ermənistana qarşı dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən heç bir təsir göstərilməmiş, əksinə bəzi ölkə və dairələr bu ölkəyə havadarlıq etməyə çalışmışlar. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və xalqımızın milli maraqlarına xidmət edən düşünülmüş siyasəti bu istiqamətdə də öz sözünü demiş, ermənipərəst dairələri öz yerinə oturtmuşdur. Başqa sözlə desək, 44 günlük Vətən müharibəsi ilə Azərbaycan erməni lobbisi, ermənipərəst dairələrə də ciddi zərbə vurmuş, erməni faşizminin başını əzmişdir".

Cavid Osmanov qeyd edib ki, möhtəşəm Zəfəri ilə Azərbaycan qalib ölkə olaraq regionda artıq yeni reallıqlar yaradıb. Azərbaycan bölgədə davamlı sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır. İşğaldan azad edilmiş ərazilərimizdə hərbi əməliyyatlar bitər-bitməz başladılan genişmiqyaslı yenidənqurma-bərpa işləri də məhz bunun göstəriciləridir:

"Azərbaycan öz qələbəsi ilə regionda yeni əməkdaşlıq mühiti yaradıb və bunun üçün müxtəlif platformalar irəli sürülüb. Bütün bunlar isə regionun inkişafında yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Region ölkələri, hətta Ermənistan da öz siyasətində dəyişiklik etməklə, bu təkliflərdən yararlana bilərlər. Azərbaycan qalib ölkə olaraq regionun hər bir ölkəsi ilə əməkdaşlıqda maraqlıdır. Bu vaxta qədər də Ermənistan istisna olmaqla regionun hər bir ölkəsi ilə əməkdaşlıqlar yüksək səviyyədə olub. Azərbaycan-Türkiyə münasibətləri bu deyilənlərə ən gözəl nümunədir. Ölkələrimiz hər zaman bir-birinin yanında olub və biz Vətən müharibəsi başlanan ilk saatlardan bir daha bu birliyin şahidi olduq. Qardaş Türkiyə dövləti və dövlət başçısı cənab Rəcəb Tayyip Ərdoğan hərbi əməliyyatlar başalayan ilk saatlardan ölkəmizə siyasi dəstək verərək Azərbaycanın yanında olduqlarını bütün dünyaya bəyan etdilər.

Böyük ruh yüksəkliyi və qürur hissləri ilə Zəfər təntənəsini yaşayan xalqımız və dövlətimiz bu zəfəri bizə bəxş edən şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə şəfa diləyir, Silahlı Qüvvələrimizə öz dərin təşəkkürünü bildirir. Dövlətimiz, xüsusilə də Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə qarşı yüksək diqqət-qayğı vardır".

Deputat bildirib ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfərlə Azərbaycan tarixində yeni mərhələ başladı. Bu mərhələ artıq azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə davam edir:

"İşğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. Müzəffər Ali Baş Komandan İlham cənab Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.

Vətən müharibəsi günlərində olduğu kimi bu gün də qalib xalqımız öz lideri - Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşərək işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, Böyük Qayıdış strategiyasının həyata keçirilməsi, bir sözlə, daha güclü və qüdrətli Azərbaycan qurmaq naminə böyük əzmkarlıq göstərir. Bu müqəddəs yolda isə qalib xalqımızın öz dahi Sərkərdəsinin ətrafında birliyi əbədi və sarsılmazdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 609   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr